LOS ANCELESDƏ KİNOAKTYORLAR VƏ KİNOSSENARİÇİLƏR GİLDİYALARININ MÜKAFATLARI VERİLMİŞDİR
Kinoaktyorlar gildiyası, əslində, 98 min kino və televiziya aktyorunu birləşdirən həmkarlar ittifaqıdır. Gildiyanın bir çox üzvləri “Oskar”lar verən kinoakademiyanın da üzvü olduqlarına görə, onun rəyi “Oskar” parametrlərinə daha çox uyğun gəlir. Belə ki, 2003-cü ilin ən yaxşı aktrisası “Bədheybət” filmindəki qatil qadın roluna görə Şarliz Terona, ən yaxşı aktyoru isə “Karib dənizinin quldurları: “Qara mirvari”nin lənəti” filmində yaratdığı obraza görə Conni Depp olmuşdur. Iİkinci dərəcəli rollara görə ən yaxşı aktyor Tim Robbins (“Sirli çay”), aktrisa isə Rene Zellveger “Soyuq dağ” hesab edilmişdir. Merin Strip və Al Paçino “ Mələklər Amerikada” telefilminə görə mükafatlandırılmışlar.
Kinossenariçilər gildiyası mükafatlarının təqdim edilməsi mərasimində “Tərcümənin çətinlikləri” filminin ssenarisinə görə Sofiya Konniona “Ən yaxşı orijinal ssenari” kateqoriyasında mükafata layiq görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2025 [19:50]
Tramp ilə Putin arasında telefon danışığı keçirilir
- 19.05.2025 [19:30]
Polşada prezident seçkilərinin ikinci turu iyunun 1-də keçiriləcək
- 19.05.2025 [18:22]
İran səfiri Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb
- 19.05.2025 [17:18]
Braziliya quş qripi səbəbindən Aİ ölkələrinə quş əti ixrac edə bilməz
- 19.05.2025 [16:57]
Qebreyesus: ÜST rəhbər heyəti və departamentləri yarıya qədər ixtisar edəcək
- 19.05.2025 [16:36]
Buenos-Ayresdə daşqınlar səbəbindən 4 mindən çox insan təxliyə olunub
- 19.05.2025 [16:24]