Lüksemburq rezidentlərin seçkilərdə iştirakını asanlaşdırıb
Lüksemburq, 19 aprel, AZƏRTAC
Lüksemburqda yaşayan təxminən 132 min əhalinin üçdə ikisindən çoxu əcnəbilərdir.
AZƏRTAC xəbər verir ki, Lüksemburq tarixində ilk dəfə rezidentlik məhdudiyyəti aradan qalxıb. Əvvəllər seçkilərdə iştirak üçün beş il rezidentlik tələb olunurdu, indi isə ölkədə yaşayan bütün insanlar iyunda keçiriləcək bələdiyyə seçkilərinə qatıla bilərlər. Ancaq buna baxmayaraq, ölkədə yaşayan əcnəbilərin seçkilərə laqeydliyi müşahidə olunur.
Bildirilir ki, 2017-ci illə müqayisədə seçici siyahılarında qeyri-lüksemburqluların sayı iki dəfə ( 2017-ci ildəki 6487-dən 2023-cü ildə 12 626-yə çatıb) artsa da, bu qənaətbəxş deyil. Bu rəqəm Lüksemburq paytaxtında yaşayan əcnəbilərin yalnız 15 faizini təşkil edir. Halbuki 68 504 seçici qeydiyyatdan keçə bilərdi.
Bələdiyyə seçkilərinə qeydiyyat aprelin 17-də başa çatıb. Qeyri-lüksemburqluların seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçməməsi onların Lüksemburqun siyasi həyatı ilə maraqlanmadıqlarını göstərir. Aidiyyəti qurumlar isə əcnəbiləri seçkilərə cəlb etməyin yollarını axtarırlar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]
Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq
- 06.10.2026 [17:26]
Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb
- 06.10.2026 [17:04]
Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb
- 06.10.2026 [17:03]