COP29
Lüksemburqlu nümayəndə: Maliyyələşdirmə önəmlidir, lakin bütün ölkələr yaşıl enerjiyə keçməyə hazır deyil
Bakı, 22 noyabr, AZƏRTAC
Dünya ölkələrinin nümayəndələrinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üçün Azərbaycanın paytaxtı Bakıda toplaşmağı və iqlim dəyişikliyinin fəsadları barəsində öz həll yollarını paylaşmağı təqdirəlayiqdir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Lüksemburq nümayəndə heyətinin üzvü Matye Lor deyib.
O bildirib ki, indiki və gələcək nəsillərin bu planetdə həyatda qala bilməsi üçün siyasi iradəyə sahib olmaq lazımdır: “Təbii ki, maliyyələşdirmə önəmlidir. Lakin bütün ölkələr yaşıl enerjiyə keçməyə hazır deyil”.
Matye Lor COP29-da fəaliyyət göstərən könüllülərin çox yaxşı çalışdığını, təşkilati cəhətdən hər şeyin çox yaxşı olduğunu qeyd edib.