MAAŞLAR FƏRDİ ELEKTRON DEBET KARTLARI İLƏ VERİLİR
Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının işçilərinə əmək haqlarının fərdi elektron debet kartları vasitəsilə verilməsi başa çatdırılmış, maaşların bu əlverişli üsulla ödənişi energetikləri razı salmışdır.
Mingəçevir SES-in direktoru Surəddin Şəmilov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, mart ayından etibarən bu stansiyada da əmək haqqının və digər ödənişlərin bankomatla verilməsinə başlanacaqdır. Bunun üçün bütün texniki hazırlıq işləri görülmüşdür. Azərbaycan Beynəlxalq Bankı indi stansiyada bankomat quraşdırır. Əmək haqqının hesablaması və paylanmasının bu müasir metodu maliyyə əməliyyatlarını asanlaşdırır, bürokratik əngəlləri, lüzumsuz ştatları aradan qaldırır, pul vəsaitlərinin istənilən valyuta ilə alınmasına, istənilən yerə köçürülməsinə imkan yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:55]
Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır
- 09.06.2026 [12:41]
Son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb
- 09.06.2026 [12:17]
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib
- 09.06.2026 [12:11]