DÜNYA
Macarıstan hökuməti əczaçılıq məhsulları istehsalçılarının dəstəklənməsinə qrantlar ayırır
Budapeşt, 24 iyul, AZƏRTAC
Macarıstan hökuməti ölkənin əczaçılıq məhsulları istehsalçılarının dəstəklənməsinə ümumilikdə 30 milyon avro həcmində qrantlar ayırıb.
AZƏRTAC Macarıstanın MTI dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, bu qrantlar Macarıstanın özünü tibb məhsulları ilə təmin etmə qabiliyyətinin yüksəldilməsinə yönəldilib.
Yerli şirkətlər ayrılan qrantları antibakterial salfetlərin, maskaların və fərdi qorunma vasitələrinin istehsalına sərf edəcəklər. Bu fabriklər Budapeşt, Siqethalom, Eger şəhərlərində yerləşir. Ölkənin Maliyyə Nazirliyi xəbər verib ki, sərmayələr Macarıstanın və onun ixracat göstəricilərinin uzunmüddətli inkişafını dəstəkləyir, həmçinin səhiyyə sahəsində xidmətlərlə özünü təmin etmə qabiliyyətini artırır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]