Macarıstanda COVID-19-un müalicəsi üçün dərmanın sınaqları keçirilir
Budapeşt, 10 fevral, AZƏRTAC
Macarıstan alimləri koronavirusa yoluxmuş insanların müalicəsi üçün preparatın sınaqlarını keçirirlər.
AZƏRTAC xəbər verir ki, dərman ELTE universitetindən olan macar tədqiqatçılar qrupu və Gedeon Richter macar əczaçılıq şirkəti ilə birgə hazırlanıb. Yeni preparatın prinsipial fərqi ondan ibarətdir ki, bu, insanları yoluxmadan müdafiə edən vaksin deyil, məhz yoluxmuş insanı müalicə edən dərmandır. Laborator testlər artıq heyvanlarda sınaqdan keçirilir. Onlar göstərir ki, preparat təkcə COVID-19 infeksiyasına təsir etmir, həm də yoluxmadan sonra simptomları yüngülləşdirir.
Preparatın ilkin effektləri onu orqanizmə daxil etdikdən 12 saat sonra özünü büruzə verir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]