Mağazadan oğurluğa cəhd göstərmiş şəxslər yaxalanmışlar
Bakı, 6 noyabr (AZƏRTAC). Sabunçu rayonunun Zabrat qəsəbəsində Azər Atamova məxsus mağazadan oğurluğa cəhd göstərilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hadisəni törətmiş Bakı sakini, əvvəllər məhkum olunmuş Mikayıl Yunusov Çevik Polis Alayının və rayon polis idarəsinin əməkdaşları tərəfindən yaxalanmışdır.
Həmin rayonda paytaxt sakini Rüstəm Cəfərova məxsus mağazadan oğurluğa cəhd göstərilmişdir.
Hadisəni törətmiş Bakı sakini Mikayıl Yunusov rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Nərimanov rayonunda kirayədə yaşayanlar Ruslan Məmmədovun, Ağalar Mərufovun və Elvin Qüdrətovun min manatı və iki mobil telefonu oğurlanmışdır.
Rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş, onlarla birgə həmin evdə kirayədə yaşayan Elmar Mərufov tutulmuşdur.
Faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]