Azərbaycan Dövlət İnformasiya Agentliyi

Magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı bəzi statistik göstəricilər

Magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı bəzi statistik göstəricilər

Bakı, 28 fevral, AZƏRTAC

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri imtahandan iki gün sonra fevralın 26‑da elan olunub.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 2019-cu il fevralın 24-də keçirilən imtahanda iştirak etmək üçün 12684 bakalavr qeydiyyatdan keçib və onlardan 118 nəfəri (qeydiyyatdan keçənlərin 0,93 faizi) imtahana gəlməyib. 2017 və 2018-ci illərdə isə imtahanda iştirak etmək üçün müvafiq olaraq, qeydiyyatdan keçən 13081 və 12387 nəfərin 109 (0,83 faiz) və 146-sı (1,18 faiz) imtahana gəlməyib. 2016, 2015 və 2014-cü illərin analoji göstəricilərinə nəzər salsaq görərik ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı demək olar ki, son üç ildəkindən təxminən 2 dəfə çox olub. Bununla yanaşı, qeyd etmək lazımdır ki, 2014-2016-cı illərdə imtahana gəlməyənlərin qeydiyyatdan keçənlər içərisindəki payı 6-12 faiz arasında olub. 2017-2019-cu illərdə isə bu göstərici 1,18 faizdən yüksək olmayıb. Son illər magistraturaya qəbul imtahanlarının ödənişli olması imtahanda iştirak etmək üçün daha məqsədyönlü və hazırlıqlı bakalavrların qeydiyyatdan keçməsinə zəmin yaradıb.

Bakalavrların imtahanda göstərdikləri nəticələri müvafiq illər üzrə müqayisə etdikdə yuxarıda qeyd olunanların təsdiqini görmək olar. 2018 və 2019-cu illərdə imtahanda iştirak edən bakalavrların müvafiq olaraq, 49,73 faiz və 53,61 faizi 50 baldan yuxarı nəticə göstərib. 2014-2016-cı illərdə isə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32 faizini təşkil edib.

Bakalavrların imtahan nəticələrinə əsasən bu il median göstəricisi 51,36 bal olub. Bu, o deməkdir ki, imtahan iştirakçılarının (12545 nəfər) yarısı - 6273 nəfər bu göstəricidən daha yuxarı, qalan yarısı isə daha aşağı bal toplayıb.

2018-ci ildə isə median daha aşağı - 49,91 bal olub. İmtahanda iştirak edən 12241 bakalavrdan 6121 nəfər 49,91-dən yuxarı, qalanları isə aşağı bal toplayıb.

2019-cu ildə 91 və daha yuxarı bal toplayanların sayı 23 nəfər, 81 və daha yuxarı bal toplayanların sayı 336 nəfər, 71 və daha yuxarı bal toplayanların sayı 1369 nəfər olub. 2018-ci ildə isə müvafiq göstəricilər 11, 137 və 872 nəfərdir. Göründüyü kimi, bu il yüksək bal toplayanların sayı artıb.

Bu il imtahanda iştirak edənlərin 7271 nəfəri (57,96 faiz) cari ilin, 5274 nəfəri (42,04 faiz) əvvəlki illərin məzunları olub. Ötən il bu göstəricilər müvafiq olaraq 6793 (55,49 faiz) və 5448 (44,51 faiz) olub. Bu il cari ilin məzunlarının imtahan iştirakçıları arasındakı payı ötən illə müqayisədə 2,47 faiz artıb.

Cari il məzunlarının imtahanda əldə etdikləri nəticələr əvvəlki illərin məzunlarından hər il olduğu kimi bu il də yüksək olub. Belə ki, imtahanda cari il məzunlarının 65,94 faizi ən azı 50 bal topladığı halda, belələrinin əvvəlki ilin məzunları arasındakı payı 34,06 faiz olub. Ötən il bu göstəricilər müvafiq olaraq 63,80 faiz və 36,20 faizə bərabər olub.

Bu il imtahan iştirakçılarının 5434-ü (43,32 faiz) oğlan, 7111-i (56,68 faiz) qız olub. Ötən il də təxminən eyni mənzərənin şahidi oluruq. 2018-ci ildə imtahanda iştirak edənlərin 42,79 faizini (5238 nəfər) oğlanlar, 57,21 faizini (7003 nəfər) isə qızlar təşkil edib.

2018-ci ildə olduğu kimi, bu il də qızlar oğlanlara nisbətən imtahanda daha yaxşı nəticə göstəriblər. 2018-ci və 2019-cu illərdə qızların müvafiq olaraq 55,53 faiz və 55,28 faizi, oğlanların isə müvafiq olaraq, 44,47 faizi və 44,72 faizi imtahanda ən azı 50 bal toplayıb.

Aşağıdakı cədvəllərdə bakalavrların 2019-cu və 2018-ci illərdə topladıqları ballar üzrə histoqramlarla tanış olmaq mümkündür.

Ballar üzrə histoqram (2019-cu il, I mərhələ)

İştirakçıların sayı: 12545

Bal intervalları    

Bakalavrların sayı  

Bakalavrların cəmi sayı   

96 - 100

3

3

91 - 95

20

23

86 - 90

100

123

81 - 85

213

336

76 - 80

396

732

71 - 75

637

1369

66 - 70

904

2273

61 - 65

1223

3496

56 - 60

1565

5061

51 - 55

1664

6725

46 - 50

1653

8378

41 - 45

1464

9842

36 - 40

1114

10956

31 - 35

789

11745

0 - 30

800

12545

Ballar üzrə histoqram (2018-ci il, I mərhələ)

İştirakçıların sayı: 12241

Bal intervalları

Bakalavrların sayı 

Bakalavrların cəmi sayı   

96 - 100

0

0

91 - 95

11

11

86 - 90

36

47

81 - 85

90

137

76 - 80

248

385

71 - 75

487

872

66 - 70

828

1700

61 - 65

1133

2833

56 - 60

1452

4285

51 - 55

1802

6087

46 - 50

1821

7908

41 - 45

1600

9508

36 - 40

1258

10766

31 - 35

789

11555

0 - 30

686

12241

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda keçiriləcək beynəlxalq güləş yarışları üçün Azərbaycan yığmalarının heyəti açıqlanıb

Malik Mansurov: Azərbaycan və Özbəkistan musiqiçilərinin hər görüşü yeni bir məktəblə tanışlıq imkanı yaradır

Azərbaycanda xalça istehsalı 41 dəfədən çox artıb – QRAFİK

Sakit okeanındakı Vanuatu adalarında vulkan püskürüb

“Sabah”-Hapoel” matçı ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb

Oğuzda çiyələk istehsalı genişləndirilir - hədəf xarici bazarlardı

Hörmüzdən keçən gəmilərin sayı münaqişənin başlanğıcından bəri ən aşağı göstəriciyə düşüb

Zəfər parkında “Mütaliə və melodiya”: fəal gənclərə kitablar hədiyyə olunacaq

Məşhur futbolçular Portuqaliya klubunun səhmlərini satın alıblar

Səfir Rəhmatulla Nurimbetov Azərbaycan Prezidentinin Özbəkistana səfərinin yekunlarını şərh edib VİDEO

Səfir Rəhmatulla Nurimbetov Azərbaycan Prezidentinin Özbəkistana səfərinin yekunlarını şərh edib VİDEO

Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dənizkənarı Bulvar İdarəsi” və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

DSMF: Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

Britaniyanın dənizçilik şirkəti Azərbaycanda birgə müəssisə yaradıb

Azərbaycanla Pakistan arasında hərbi əlaqələr barədə fikir mübadiləsi aparılıb

® Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, anesteziologiya və reanimasiya şöbəsində 24/7 rejimində tibbi xidmətlər göstərilir

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” adlı sərgi istifadəçilərə təqdim olunub

İsmayıllı, Ağsu və Qəbələ sakinlərinin istilik təchizatı ilə bağlı müraciətləri dinləniləcək

Su Ehtiyatları Agentliyi yeni rəqəmsal QR Bələdçi platformasını istifadəyə verib

Oğuzda baş verən qəzada 7 nəfər xəsarət alıb VİDEO

Oğuzda baş verən qəzada 7 nəfər xəsarət alıb VİDEO

Pakistanlı kinorejissor: Azərbaycan və Pakistan kinematoqrafçıları arasında əməkdaşlığın inkişaf etdirilməsi vacibdir

Əlilliyi olan 120-dən çox gənc yeni peşələrə yiyələnir

Qədim şəhərə səyahət: Gənclər Qəbələnin tarixi irsi ilə tanış olublar

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ

“F-Holding”in təsisçisi: Azərbaycan-Özbəkistan əməkdaşlığında iqtisadi potensial tam reallaşdırılmalıdır

Qədim əlyazmalardan süni intellektə qədər: Daşkənddə İslam Sivilizasiyası Mərkəzi - REPORTAJ

“Brent” neftinin qiyməti 90 dollardan aşağı enib

Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasında bu il torpaq üzrə 803 nümunə qəbul edilib

Qarabağ Dirçəliş Fondunun 2025-ci il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçib

Bakı Dövlət Universitetinə tələbə qəbulu üçün qeydiyyat “mygov” üzərindən aparılacaq

Münsiflər heyətinin sədri: Film sahəsindəki gənclərimizin yaradıcılığında böyük potensial görürük

Göygöldə salınan 66 hektarlıq intensiv bağ meyvəçiliyin yeni imkanlarını nümayiş etdirir

BDU-nun tələbəsi adını qazanan şəhid övladları

Almaniya daha 23 əfqan miqrantı deportasiya edib

Azərbaycan-Özbəkistan münasibətlərində növbəti mərhələ ortaq regional gücün formalaşdırılmasıdır RƏY

Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib

Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri davam etdirilir

AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib

“Hapoel”in keçmiş qapıçısı: “Sabah” yaxşı komandadır, vəziyyəti öz xeyrinə dəyişə bilər

Fransa kiberhücumlar qarşısında zəifliyini etiraf edir

Almaniya iqtisadiyyatı ikinci rübdə 0,3 faiz artıb

BDU ilə Özbəkistan universitetləri arasında çoxşaxəli əməkdaşlıq: birgə layihələr və konfranslar

Laçında Beynəlxalq Film Festivalı çərçivəsində panel müzakirə aparılıb VİDEO

Laçında Beynəlxalq Film Festivalı çərçivəsində panel müzakirə aparılıb VİDEO

İngiltərədə 10 il ərzində 70 mindən çox sosial və münasib qiymətli mənzil tikiləcək

Elvin Cəfərquliyev əməliyyat olunacaq, 3 ay futbol oynaya bilməyəcək

Astarada maarifləndirici təlim: gənclərin narkotik asılılığı probleminə dair bilikləri artırılır

Nizami və Nəvai irsi: Azərbaycan-Özbəkistan qardaşlığının mənəvi körpüsü

Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib

Son yeddi ayda 83 uşaq övladlığa verilib

Özbəkistandan 69 müəllim UNEC-də peşəkar inkişaf proqramlarında iştirak edib

Məktəblərdə təşkilatçı vəzifəsinə işə qəbul müsabiqəsinə başlanılır

Faiq Ələkbərli: Mirzə Uluqbəy adına məktəb Azərbaycan-Özbəkistan əlaqələrinin mühüm nümunəsidir

Günay Əfəndiyeva: Elm və təhsil sahəsində əməkdaşlıq Türk dünyasının inteqrasiya prosesinə mühüm töhfə verir

Sənət dostları Tofiq Bakıxanov haqqında: Onun musiqisi və zəngin irsi daim yaşayacaq VİDEO

Sənət dostları Tofiq Bakıxanov haqqında: Onun musiqisi və zəngin irsi daim yaşayacaq VİDEO

Azərbaycan millisinin voleybolçusu: Məqsədimiz pley-offa qrup lideri kimi çıxmaqdır

Bakı-Daşkənd əməkdaşlığı Cənubi Qafqaz və Mərkəzi Asiya arasında yeni imkanlar yaradır ŞƏRH

Xaçmazlı əkiz bacılar eyni ixtisasa qəbul olublar

Azərbaycan-Özbəkistan münasibətləri Əbədi dostluq mərhələsinə yüksəlib ŞƏRH

BDU alimləri özbəkistanlı həmkarları ilə 150-dən çox birgə elmi əsər nəşr etdiriblər

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 17 medal qazanıblar

BDU və Özbəkistan universitetləri arasında əməkdaşlığın yeni istiqamətləri formalaşır

UNEC və Özbəkistan universitetləri arasında ikili diplom və akademik mobillik imkanları genişlənir

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Qərarı

Bakıdan İstanbula uzanan elm yolu - professor Abdullah Sofiyev

Daşkənddə “İslam sivilizasiyası” beynəlxalq media forumu keçirilir

BDU Özbəkistanın 44 ali məktəbi və elmi müəssisəsi ilə əməkdaşlıq edir

“Azəriqaz”ın baş direktoru Qaxda vətəndaşların müraciətlərini dinləyəcək

“Mançester Siti”nin futbolçusu “Tottenhem”ə keçib

Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib VİDEO

Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib VİDEO

Xocavənddə daha 43 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2 VİDEO

Xocavənddə daha 43 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2 VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin olunub

Kəlbəcərdəki kiçik su elektrik stansiyalarında ümumilikdə 183,6 milyon kilovat/saat enerji istehsal edilib

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilib YENİLƏNİB VİDEO

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilib YENİLƏNİB VİDEO

Almaniya hökuməti sənayenin rəqabət qabiliyyətinin və innovasiyaların gücləndirilməsini müzakirə edir

“Mişni” və “Alxaslı” stansiyalarında istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

Çin eyni raketlə orbitə 7 peyk göndərib

Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb

“Qarabağ” braziliyalı futbolçu üçün yeni təklif göndərib

“Azərişıq” Ağdərənin elektrik təsərrüfatını yenidən qurur

Yeddi ayda sığorta bazarı 7,3 faiz artıb

Gürcüstan Beynəlxalq Dənizçilik Forumunda Orta Dəhlizin inkişaf perspektivləri müzakirə olunacaq

Elmar Baxşıyev: “Hapoel”lə matçı "Sabah" üçün tarixi oyun adlandırmaq olar

Avropada qaz anbarlarının doluluq nisbəti ötənilki səviyyədən 12 faiz aşağıdır

Axtarışda olan 60 cinayətkar Türkiyəyə ekstradisiya edilib

İşğaldan azad olunmuş ərazilərdəki müəssisələr 17,4 milyon manatlıq vergi və gömrük rüsumlarından azadolma əldə edib

DİM sədri: Bu il tələbə adını qazananların sayı artıb

Sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq - PROQNOZ

Belçikada Qərbi Nil virusunun yayılması ilə bağlı narahatlıq artır

Qırğızıstanda Köçəri Oyunları ilə əlaqədar gümüş sikkə buraxılıb

Azərbaycanın cüdo millisi Vətənə iki medalla qayıdıb

Vahid Bakıxanov: Tofiq müəllim özündən sonra çox böyük bir iz qoyub getdi VİDEO

Vahid Bakıxanov: Tofiq müəllim özündən sonra çox böyük bir iz qoyub getdi VİDEO

Yevlaxda yanacaqdoldurma məntəqəsində avtomobil yanıb VİDEO

Yevlaxda yanacaqdoldurma məntəqəsində avtomobil yanıb VİDEO

Ekspert: Vergi Məcəlləsinə dəyişiklik rəqəmsal iqtisadiyyat üzərində nəzarətin gücləndirilməsi baxımından ədalətlidir

AMADA əməkdaşının həmmüəllifi olduğu kitab fəsli nüfuzlu “Springer” elmi nəşrində çap olunub

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

Çin mədəniyyətində göl obrazı: fəlsəfə, poeziya və rəssamlığın vəhdəti

AMEA-da görüş: Azərbaycan-Qazaxıstan elmi əlaqələrinin inkişafı diqqət mərkəzindədir

Xankəndi, Xocalı və Ağdərədə 20 abituriyent ali məktəbə qəbul olub