Magistraturaya qəbul olunanların elektron qeydiyyatı davam edir
Bakı, 24 iyul, AZƏRTAC
Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olunan şəxslərin elektron qeydiyyat prosesi davam edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qeydiyyat prosesi iyulun 26-sı saat 23:59-da başa çatacaq.
Bakalavrlar portal.edu.az platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidir.
Qeyd edək ki, magistratura səviyyəsi üzrə elektron qeydiyyat prosesinə dəstək olmaq üçün yaradılmış alternativ qeydiyyat mərkəzləri bu şənbə - iyulun 24-də fəaliyyət göstərir. Mərkəzlər iyulun 25-də fəaliyyət göstərməyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.05.2026 [18:39]
ADU-da Çin Elm və Texnologiya İşçiləri Günü qeyd edilib
- 28.05.2026 [09:25]
Azərbaycan Xalq Cümhuriyyəti şərəfimiz və qürur mənbəyimizdir
- 27.05.2026 [11:32]
Mixail Qusmana ADU-da “Fəxri professor” adı verilib VİDEO
- 26.05.2026 [18:57]