MAHMUD ABBAS VLADİMİR PUTİNƏ TƏŞƏKKÜR EDİR
M.Abbas Moskvanın Fələstin hökumətinə 10 milyon dollar məbləğində yardımına görə Rusiyaya və onun rəhbərliyinə təşəkkürünü bildirmişdir. O demişdir: “Bu, xaricdəki dostlarımızdan aldığımız ilk yardımdır və iki xalqı sıx tellər bağladığına sübutdur”.
V.Putin Fələstin rəhbərini “dost” adlandırmış və onunla görüşlərinin müntəzəm xarakter daşıdığından məmnunluq duyduğunu söyləmişdir.
Görüşdə iki lider Yaxın Şərqdə yaranmış vəziyyət, onun dincliklə nizama salınmasında beynəlxalq vasitəçilərdən ibarət “dördlüyün” rolunu müzakirə etmiş və “Yol xəritəsi”nə tərəfdar olduğunu təsdiqləmişdir.
Mahmud Abbas İsraili bir daha onun hökuməti ilə danışıqlara başlamağa çağırmış və vurğulamışdır ki, dialoqun alternativi yoxdur.
Vladimir Putin bəyan etmişdir ki, Rusiya həmişə Fələstin xalqının etibarlı tərəfdaşı olmuşdur və ona əlindən gələn köməyi bundan sonra da göstərməyə hazırdır.
RF XİN başçısının müavini Aleksandr Saltanov danışıqların yekunları barədə bildirmişdir ki, Fələstin rəhbərliyi muxtariyyətə əlavə yardım ayrılması barədə Rusiyaya müraciət etməmişdir, lakin Moskva ona yardım göstərilməsinin variantlarını nəzərdən keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]