Maks Ferstappen: Bakı bolidi idarə etmək üçün çətin trekdir
Bakı, 11 sentyabr, AZƏRTAC
“Bakı bolidi idarə etmək üçün çətin trekdir. Şəhərin düz yollarında yaxşı sürət yığmaq lazımdır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Red Bull” komandasının tanınmış pilotu Maks Ferstappen Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi barədə danışarkən deyib.
Niderlandlı sürücü həftəsonunu səbirsizliklə gözlədiyini bildirib: “Formula 1 mövsümünün Avropa mərhələsi başa çatmaq üzrədir. Bizi qarşıda Bakı və Sinqapurda keçiriləcək yarışlar gözləyir. Bu şəhərə gəlmək həmişə yaxşı çağırışdır. Nələrlə qarşılaşacağımızı görmək üçün səbirsizlənirik”.
O, yarışa hazır olduqlarını bildirib: “Yenidən trasa qayıtmağa hazırıq. Bu, bizi həyəcanlandırır. Hazırda formaya düşmək komandamızın bütün üzvləri üçün əsas prioritetdir. Həmişə rəqabətədavamlı olmaq istəyirik. Komanda son bir neçə yarışda avtomobillərlə bağlı müəyyən problemlər yaşayır. Bunu aradan qaldırmaq üçün çox çalışırıq”.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:45]
Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar
- 08.06.2026 [14:53]
“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]