Malyorka adasının 20 min sakini turist axınına qarşı yürüş keçirib
Bakı, 22 iyul, AZƏRTAC
İspaniyanın Balear adalarına turist axını yerli sakinlərin ciddi narazılığına səbəb olur. Regionun inzibati mərkəzi olan Palma-de-Malyorka şəhərinin əhalisi mövcud turizm modelində dəyişiklik tələbi ilə nümayişə başlayıb.
AZƏRTAC xəbər verir ki, kütləvi turizmə qarşı yürüşdə 20 minə yaxın insan iştirak edir. Onların fikrincə, mövcud turizm modeli təbii ehtiyatlara təsir edir və əhalinin mənzilə çıxışını getdikcə daha da çətinləşdirir.
Ötən il 1,2 milyon sakinin yaşadığı Balear adalarına rekord sayda - 17,8 milyon turist gəlib. Turizm gəlirləri regionun ümumdaxili məhsulunun 45 faizini təşkil edir. Etirazçılar isə bundan yalnız az sayda insanın faydalandığını iddia edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]