MARQARET TETÇERİN QIZI AVSTRALİYA CƏNGƏLLİKLƏRİNDƏN QALİB ÇIXMIŞDIR
52 yaşlı Kerol Tetçer şou təşkilatçılarının Avstraliya cəngəlliklərində iştirakçılar üçün hazırladıqları çoxsaylı sınaqlardan uğurla çıxmış, baş mükafat uğrunda mübarizədə Britaniyanın digər məşhur musiqiçi və teleaparıcılarını arxada qoymuşdur.
Xanım Tetçer çəkilişlər başa çatandan sonra öz təəssüratını bölüşərək demişdir: “Mən təəccüb və heyrət içindəyəm, o qədər xoşbəxtəm ki, az qala, özümü də itirmişəm”.
Tetçerin qələbəsini müəyyənləşdirən keyfiyyətlərdən biri də vasvasılığa üstün gəlmək bacarığı olmuşdur. O, çiy balıq gözləri yeyir, bataqlıqlarda zəhərli qurbağalarla birlikdə üzürdü, müsabiqələrin birində isə siçovulların əhatəsində qalmaqdan qorxmamışdır.
Qalibin anasının tərs xasiyyəti və qarşıya qoyduğu məqsədə çatmaq bacarığı hamıya məlumdur. Onun qızının qələbə qazanacağına inam isə əvvəlcə cəmi otuz üçdə bir faiz idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]