Mart ayında Avrozonada inflyasiya 2,4 faiz olub
Roma, 3 aprel, AZƏRTAC
Mart ayında Avrozonada inflyasiya səviyyəsi 2,4 faiz təşkil edib.
AZƏRTAC xəbər verir ki, Avropa Statistika Bürosunun (Eurostat) məlumatına görə, keçən ay Avrozonada istehlak qiymətləri indeksi fevral ayı ilə müqayisədə 0,8 faiz artıb.
İtaliyada isə inflyasiya Aİ-dəki orta göstəricidən xeyli aşağı - 1,3 faiz olub.
Xatırladaq ki, fevralda Avrozonada 2,6 faizlik inflyasiya qeydə alınmışdı. Bundan başqa, işsizlik səviyyəsi yanvarla müqayisədə sabit qalıb (6,5 faiz). Avropa İttifaqında işsizlərin sayı 13 milyon 249 min nəfər, Avrozonada isə 11 milyon 102 min nəfər təşkil edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]