Azərbaycan Dövlət İnformasiya Agentliyi

Martın 14-ü Beynəlxalq Riyaziyyat Günüdür

Martın 14-ü Beynəlxalq Riyaziyyat Günüdür

Bakı, 14 mart, AZƏRTAC

Martın 14-ü Beynəlxalq Riyaziyyat Günüdür.

UNESCO Baş Assambleyasının 2019-cu il noyabrın 26-da Fransanın paytaxtı Parisdə keçirilən 40-cı sessiyasında hər il martın 14-də Beynəlxalq Riyaziyyat Gününün qeyd olunması barədə qərar qəbul edilib.

UNESCO üzv dövlətləri, eləcə də hökumətlərarası və qeyri-hökumət təşkilatlarını, elmi tədqiqat mərkəzlərini, vətəndaş cəmiyyəti təşkilatlarını, universitetləri və s. bu günü qeyd etməyə, Beynəlxalq Riyaziyyat Gününün verdiyi imkanlardan istifadə edərək üzv dövlətlərdə riyaziyyatın potensialının gücləndirilməsi məqsədilə innovativ layihələr həyata keçirməyə çağırıb.

AZƏRTAC Beynəlxalq Riyaziyyat Gününün rəsmi internet səhifəsinə istinadla xəbər verir ki, builki gün “Hər kəs üçün riyaziyyat” mövzusuna həsr edilib.

Azərbaycanda riyaziyyat elminin inkişafına daim böyük önəm verilib, Bakı Dövlət Universitetinin Mexanika riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika fakültələrində, Elm və Təhsil Nazirliyinin Mexanika Riyaziyyat İnstitutunda və digər elm və təhsil qurumlarında riyaziyyat elmi üzrə geniş elmi tədqiqatlar aparılıb, böyük elmi nəticələr əldə olunub.

Ölkəmizdə müasir riyaziyyatın əsasları və bu sahədə sistemli elmi tədqiqatlar 1919-cu ildə müsəlman Şərqində ilk dünyəvi ali məktəbin - Bakı Dövlət Universitetinin yaranması və 1920-ci ildə onun tərkibində Fizika-riyaziyyat fakültəsinin fəaliyyətə başlaması ilə bağlıdır.

Bununla yanaşı, Azərbaycanda sırf riyazi tədqiqatlarla məşğul olan ilk riyaziyyat özəyi 1942-ci ilin aprel ayında SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Fizika sektorunda təşkil edilib. 1940-cı ildə namizədlik dissertasiyası müdafiə edərək, Tiflisdən Bakıya gəlmiş Zahid Xəlilov onun yeganə riyaziyyatçı əməkdaşı olub. 1943-cü ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının nəzdində müstəqil Riyaziyyat sektorunun yaradılması ilə riyaziyyat sahəsində elmi tədqiqat işlərinin aparılması istiqamətində daha məqsədyönlü tədqiqatlara başlanıldı. 1945-ci ilin oktyabr ayında Fizika İnstitutu ilə Riyaziyyat Sektoru birləşdirilərək Fizika və Riyaziyyat İnstitutu yaradıldı. 1950-1957-ci illərdə Zahid Xəlilov həmin institutun direktoru vəzifəsində işləyib. Bundan başqa, riyaziyyat elminin dinamik inkişafına qayğısını əsirgəməyən, ölkəmizin elm tarixində dərin iz qoymuş, ümumiyyətlə, dünya elminə böyük töhfələr vermiş, yüksəkixtisaslı riyaziyyatçılarımızdan akademiklər Zahid Xəlilov, Əşrəf Hüseynov, İbrahim İbrahimov, Məcid Rəsulov, Cəlal Allahverdiyev, Fəraməz Maqsudov, Akif Hacıyev, Mirabbas Qasımov, AMEA-nın müxbir üzvləri Maqsud Cavadov, Qoşqar Əhmədov, Mayis Cavadov, Yəhya Məmmədov, Arif Babayev kimi alimlərin adlarını çəkmək yerinə düşərdi.

Riyaziyyat sahəsində Azərbaycanda ilk elmlər doktoru olmuş akademik Zahid Xəlilov (1911-1974) ölkəmizdə funksional analiz məktəbinin əsasını qoyub və SSRİ-də ilk “Funksional analiz” dərsliyinin müəllifi olub. Onun elmi nəticələri Sovet və xarici ölkə alimlərinin tədqiqatlarında geniş istifadə olunub.

İbrahim İbrahimov (1912-1994), Azərbaycanda funksiyalar nəzəriyyəsi məktəbinin yaradıcısı, funksiyalar nəzəriyyəsi və yaxınlaşmalar nəzəriyyəsi sahəsində görkəmli alim, 1939-cu ildə fizika-riyaziyyat üzrə elmlər namizədi elmi dərəcəsi alan ilk azərbaycanlı olub. Akademik İbrahim İbrahimov Sovet İttifaqı və dünya riyaziyyatçıları tərəfindən tanınmış bir alim idi. Onun rəhbərliyi ilə ölkəmizdə həqiqi və kompleks dəyişənli funksiyaların yaxınlaşması nəzəriyyəsi, interpolyasiya nəzəriyyəsi, tam funksiyalar nəzəriyyəsi, funksiyalar sistemlərinin tamlığı kimi sahələrdə geniş tədqiqatlar aparılıb və dünya riyaziyyatçıları tərəfindən yüksək qiymətləndirilən mühüm nəticələr alınıb.

İnteqral tənliklər və onların riyazi fizika məsələlərinə tətbiqi sahəsində görkəmli alim, akademik Əşrəf Hüseynov (1907-1980) ölkəmizin elm tarixində riyaziyyat üzrə elmlər doktoru olmuş üçüncü azərbaycanlıdır. Qeyri-xətti sinqulyar inteqral tənliklər sahəsində aldığı fundamental nəticələr inteqral tənliklər nəzəriyyəsində sözün əsl mənasında bir dönüş yaradıb, bu istiqamətdə davam etdirdiyi tədqiqatlar və çoxsaylı tələbələrinin aldığı yeni nəticələr sayəsində Azərbaycanda beynəlxalq miqyasda qəbul olunan, qeyri-xətti sinqulyar inteqral tənliklər məktəbi yaranıb.

Riyazi fizika tənlikləri üzrə görkəmli mütəxəssis, diferensial tənliklər və funksional analiz kimi sahələrdə çalışmış riyaziyyatçı-alim, akademik Məcid Rəsulov (1916-1993) diferensial tənliklər sahəsinin Azərbaycanda əsasını qoyanlardan və Sovet İttifaqında ən nüfuzlu jurnallardan biri olan “Diferensial tənliklər” jurnalının yaradıcılarından biri olub.

Akademik Cəlal Allahverdiyev (1929-2017) operatorların spektral nəzəriyyəsi sahəsində görkəmli mütəxəssis idi. Onun tamam kəsilməz operatorun sinqulyar ədədlərinin aproksimativ xassələrinin və normal operatorun rezolventasının tədqiqi istiqamətində aldığı nəticələr dünya ədəbiyyatında öz əksini tapıb. Akademik Fəraməz Maqsudov (1930-2000) funksional analiz, diferensial tənliklər, funksiyalar və bütöv mühit mexanikası nəzəriyyəsi sahəsində görkəmli mütəxəssislərdən biri olub. O, kəsilməz spektrə malik geniş sinif operator dəstələrinin spektral nəzəriyyəsinin əsasını qoyub. Akademik Akif Hacıyevin (1937-2015) riyaziyyatın müxtəlif aktual problemlərini, o cümlədən operatorlar nəzəriyyəsi, sinqulyar inteqrallar və digər istiqamətləri əhatə edən araşdırmaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Alimin riyazi analizin bir sıra sahələrinə dair əldə etdiyi nəticələr xarici ölkələrdəki ayrı-ayrı monoqrafiyalarda çap olunaraq yeni araşdırmaların aparılmasına təkan verib. Akademik Mirabbas Qasımov (1939-2008) operatorların spektral nəzəriyyəsi sahəsində dünyada tanınmış alim olub. Onun əsərləri bu gün də dünya riyaziyyatçıları tərəfindən ən çox istinad edilən əsərlərdir. M.Qasımovun əsas işləri müxtəlif tip diferensial operatorlar üçün spektral analizin tərs məsələlərinə və öz-özünə qoşma olmayan operatorlar nəzəriyyəsinə aid idi. O, operatorların spektral nəzəriyyəsi sahəsində müstəsna əhəmiyyətə malik tədqiqatlar aparıb, bu sahənin inkişafında dərin iz buraxıb elmi nəticələr alıb, elmi zənginləşdirən yeni ideyalar ortaya qoyub.

Əlbəttə, ölkəmizin inkişaf və tərəqqisində əvəzolunmaz xidmətləri olmuş şəxsiyyətlər kifayət qədərdir. Görkəmli riyaziyyatçı alimlərimiz öz zəngin irsi və geniş elmi fəaliyyətləri ilə riyaziyyat elminin inkişafında mühüm rol oynayıb, gənclərin elmə gəlməsində, alim kimi yetişməsində onların böyük zəhməti olub.

Hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda 195 nəfə işləyir. Onlardan 46 nəfəri elmləri doktoru, 60 nəfəri isə fəlsəfə doktorudur.

2022-ci ildə institut əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş elmi və prioritet istiqamətlər proqramına uyğun olaraq, 17 mövzu (12-si riyaziyyat, 5-i mexanika), 7 istiqamət (5-i riyaziyyat, 2-si mexanika) və 95 iş üzrə (73-ü riyaziyyat, 22-si mexanika) elmi tədqiqatlar aparıblar.

Həmin istiqamətlərə Harmonik, qeyri-harmonik analiz və aproksimasiya nəzəriyyəsi, Diferensial tənliklərin spektral və keyfiyyət nəzəriyyəsi, Optimal idarəetmə nəzəriyyəsi və variasiya hesabı, Qeyri-xətti dinamika məsələlərində idarəetmənin vizuallaşdırılması və kompüter texnologiyaları, Elm tarixi -Azərbaycanda riyaziyyatın inkişaf tarixi və Nəsirəddin Tusinin irsi, Deformasiya olunan bərk cisim mexanikası, Maye, qaz və plazma mexanika sahələri aiddir.

Əməkdaşların aldıqları elmi nəticələr müxtəlif beynəlxalq və respublika səviyyəli elmi konfrans, simpozium və seminarlarda müzakirə edilib, mütəxəssislər tərəfindən bəyənilib və əksəriyyəti nüfuzlu jurnallarda dərc olunub.

İnstitut əməkdaşları 2022-ci ildə 328 tədqiqat işi yerinə yetiriblər. Onlardan 3-ü kitab, 4-ü monoqrafiya, 149-u elmi məqalə, 24-ü elmi populyar məqalə, 148-i konfrans materialıdır. Riyaziyyat və Mexanika İnstitutunda dörd elmi jurnal - “Proceedings of the Institute of Mathematics and Mechanics”, “Azerbaijan Journal of Mathematics”, “Transactions of National Academy of Sciences of Azerbaijan” (series of physical-technical and mathematical sciences, issue mathematics), Transactions of the Institute of Mathematics and Mechanics (issue Mechanics) çap olunur. İngilis-dilində çap olunan, adları sadalanan jurnallardan üçü - “Proceedings of the Institute of Mathematics and Mechanics”, “Azerbaijan Journal of Mathematics”, “Transactions of National Academy of Sciences of Azerbaijan” (series of physical-technical and mathematical sciences, issue mathematics) Scopus bazasına daxil olub və impakt faktor alıb. Bu jurnallardan - “Proceedings of the Institute of Mathematics and Mechanics” - 2016-cı ildən, “Azerbaijan Journal of Mathematics” isə 2015-ci ildən Clarivate Analytics bazasına daxil olub.

2021-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda hazırlanan “Azerbaijan Journal of Mathematics” və “Proceedings of the Institute of Mathematics and Mechanics” jurnalları “Clarivate Analytics” şirkətinin “Journal Citation Reports” siyahısına daxil edilib.

Riyaziyyat və Mexanika İnstitutu ABŞ, Almaniya, Belarus, Çin Xalq Respublikası, Fransa, Gürcüstan, Hindistan, İngiltərə, İran, İtaliya, Qazaxıstan, Misir Ərəb Respublikası, Özbəkistan, Polşa, Rusiya Federasiyası, Türkiyə, Ukrayna, Yaponiya və Asiyanın digər ölkələrinin elmi tədqiqat müəssisələri ilə əməkdaşlıq edir.

İnstitut əməkdaşları ölkəmizin müxtəlif ali təhsil müəssisələrində mühazirələr oxuyur, bakalavr və magistr işlərinə elmi rəhbərlik və Yekun Dövlət Attestasiya Komissiyalarına sədrlik edirlər. Bundan əlavə, institut əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının işində, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində Riyaziyyat dərsliklərinin qiymətləndirilməsi üzrə ekspert qismində, Dövlət İmtahan Mərkəzində qəbul imtahanlarının keçirilməsində və test proqramlarının hazırlanmasında fəal iştirak edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

Böyük Britaniyanın Baş naziri 16 yaşdan kiçik uşaqlar üçün “zərərli” sosial medianı qadağan edəcək

Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib

Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib

BMU-da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş olub

Vyetnamın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib

® FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edilib – “Birbank” və “Visa”nın kampaniyası yekunlaşıb

İraq hava məkanını uçuşlar üçün yenidən açıb

Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır

Danimarka ilə iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 14 milyon manatı vətəndaşlara qaytarılıb