Martın 29-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər zəif duman olacağı ehtimalı vardır.
Temperatur gecə 4-6°, gündüz 12-15° isti olacaqdır.
Bakıda gecə 4-6°, gündüz 12-15° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 765 millimetr civə sütununa bərabər olacaq, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 0- 5° isti, gündüz 14-19° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 0-5° isti, gündüz 8-12° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 2-7° isti, gündüz 15-20° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 2-7° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 3-7° , gündüz 14-18° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir.
Temperatur gecə 3-7° isti, gündüz 14-18° isti, dağlarda gecə 2-6° , gündüz 9-14° isti təşkil edəcəkdir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişiklikləri meteohəssas insanlar üçün əsasən əlverişli olacaqdır.