MASALLIDA “HÜQUQ GECƏSİ” KEÇİRİLMİŞDİR
Tədbirdə rayon icra hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Hamlet Quliyev çıxış edərək “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin icrası barədə iştirakçılara məlumat vermişdir.
Gecədə rayon hüquq mühafizə orqanlarının, gənclər, idman və turizm idarəsinin və pedaqoji kollektivlərin nümayəndələri çıxış edərək məktəbli uşaqlar arasında qanun pozuntularının qarşısını almaq məqsədi ilə təhsil müəssisələrinin, ailənin və ictimaiyyətin qarşılıqlı əlaqələrindən danışmış, şagirdləri maraqlandıran sualları cavablandırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]