Masallıda jurnalistlərlə görüş keçirilib
Masallı, 23 iyul, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Heydər Əliyev Mərkəzində Milli Mətbuat Günü ilə əlaqədar cənub bölgəsində fəaliyyət göstərən KİV nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, müavini Aybəniz Qafarova mətbuat işçilərini əlamətdar gün münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıblar.
Tədbirdə Masallı İctimai Şurasının sədri, “Tərəqqi” medallı veteran, Əməkdar jurnalist Əyyub Mehdiyev, “Masallı ziyalıları” İctimai Birliyinin sədri, “Tərəqqi” medallı Qardaş Fətullayev, AzTV-nin bölgə müxbiri Pərvanə Əliyeva, AZƏRTAC-ın bölgə müxbiri, Əməkdar jurnalist Bağır Əliyev, “Azərbaycan” qəzetinin bölgə müxbiri Seyran Cavadov, “Xalq qəzeti”nin bölgə müxbiri Əli Nəcəfxanlı, "Respublika" qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov və başqaları çıxış edərək milli mətbuatımızın inkişafı tarixindən danışaraq ölkəmizdə medianın inkişafına göstərilən dövlət dəstəyini yüksək dəyərləndiriblər.
Görüşdə iştirak edən jurnalistlər Milli Mətbuat Günü ilə əlaqədar mükafatlandırılıblar.