MASALLIDA NARKOMANLIQLA MÜBARİZƏYƏ HƏSROLUNMUŞ SEMİNAR–MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının, Gənclər, İdman və Turizm Nazirliyinin və Masallı Rayon İcra Hakimiyyətinin birgə keçirdiyi tədbirdə rayonun idarə və müəssisələrinin, ərazi nümayəndəliklərinin, bələdiyyələrin, gənclər və qeyri-hökumət təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə əsrimizin bəlasına çevrilən “ağ ölüm”lə mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsinin vacibliyindən danışılmış, narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə birgə fəaliyyəti təmin etmək məqsədi ilə tövsiyə və təkliflər verilmişdir.
Seminar-müşavirənin iştirakçıları rayon uşaq-gənclər yaradıcılıq mərkəzi şagirdlərinin narkomanlığa həsr olunmuş rəsm sərgisi ilə tanış olmuşlar.