MASALLIDA QARABAĞ ƏLİLLƏRİ VƏ ŞƏHİD AİLƏLƏRİ ÜÇÜN32 MƏNZİLLİ YAŞAYIŞ BİNASININ TİKİNTİSİNƏ BAŞLANMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq Masallı şəhərinin Heydər Əliyev prospektində Qarabağ əlilləri və şəhid ailələri üçün 32 mənzilli yaşayış binasının tikintisinə başlanmışdır.
Tikintidə rayondakı “Mahir S-1” şirkətinin inşaatçıları çalışırlar.
Binanın 2007-ci ilin may ayında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.