MASALLIDA QUŞ QRİPİ İLƏ MÜBARİZƏ DİQQƏT MƏRKƏZİNDƏDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Masalı Rayon İcra Hakimiyyətində quş qripi xəstəliyinin qarşısının alınması məsələlərinin müzakirəsinə həsr olunmuş toplantı keçirilmişdir.
Tədbirdə rayonda çöl və ev quşları arasında quş qripi virusunun aşkar olunmadığı diqqətə çatdırılmış, bu kəskin yoluxucu xəstəliyə qarşı aparılan epizootik və profilaktiki tədbirlərin əhəmiyyətindən danışılmış, onunla mübarizədə bütün qurumların birgə fəaliyyət göstərməsinin vacibliyi vurğulanmışdır.