MAŞINQAYIRANLAR YENİ MƏHSULUN İSTEHSALINI QAYDAYA SALMIŞLAR
Sabunçu Elm-İstehsalat Birliyi törəmə səhmdar cəmiyyətinin müəssisəsində yeni məhsulun - “PKR-560” markalı pnevmatik borututan qurğunun kütləvi istehsalı qaydaya salınmışdır. Qazma üçün çox vacib olan bu qurğunun 92 ədəd ilk dəsti Qazaxıstana göndərilmişdir. Müəssisə pnevmatik borututan qurğunun respublikada yeganə istehsalçısıdır.
“Azərneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, müəssisə ötən il 6,9 milyard manatlıq neft-mədən avadanlığı buraxmışdır.
İstehsal edilmiş məhsulun 2,5 milyard manatlığı Azərbaycan Dövlət Neft Şirkətinə satılmış, qalanı isə Qazaxıstana, Rusiyaya və Türkmənistana ixrac olunmuşdur.
Maşınqayıranlar pnevmatik borututan qurğular üçün yeni sifarişlər almışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]