Maya Sandu: Moldova xalqı Avropaya inteqrasiya yolunda məqsədinə nail oldu
Kişineu, 1 noyabr, AZƏRTAC
Moldova Prezidenti Maya Sandu Moldova vətəndaşlarının Avropa İttifaqına üzv olmaq qərarını alqışlayır və onları prezident seçkilərinin ikinci turunda fəal iştirak etməyə çağırır.
“Konstitusiya Məhkəməsi qərar verdi. Avropaya inteqrasiya konstitusiyaya daxil ediləcək! Biz birlikdə bu mübarizədə qalib gəldik və məqsədimizə nail olduq”.
AZƏRTAC xəbər verir ki, bunu Konstitusiya Məhkəməsi referendumun nəticələrini təsdiqləndikdən az sonra Maya Sandu öz “Facebook” səhifəsində yazıb.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi oktyabrın 31-də Moldova Respublikasının Avropa İttifaqına daxil olması ilə bağlı respublika konstitusiya referendumunun nəticələrini təsdiqləyib.
Noyabrın 3-də Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək. Maya Sandu və sosialist namizəd Aleksanda Stoyanoqlo prezident kürsüsü uğrunda mübarizə aparacaqlar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]