Mayın 22-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı vardır. Bəzi yerlərdə zəif duman olacaqdır.
Temperatur gecə 16-21° isti, gündüz 26-30° isti olacaqdır.
Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 753 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 12-17°, gündüz 27-32° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, lokal leysan xarakterli qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır. Arabir duman olacaqdır.
Temperaturun gecə 7-12°, gündüz 18-23° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, lokal leysan xarakterli qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır. Arabir duman olacaqdır.
Temperaturun gecə 15-18°, gündüz 26-30° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, lokal leysan xarakterli qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır. Arabir duman olacaqdır.
Temperaturun gecə 12-16°, gündüz 24-29° isti, dağlarda gecə 7-12° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 17-22°, gündüz 28-33° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 17-21° isti, gündüz 26-31° isti, dağlarda gecə 13-17° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Mayın 22-dən 24-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün əsasən əlverişlidir.