MDB müşahidəçiləri: Azərbaycanda seçki institutu ən yüksək şəkildə formalaşıb
Bakı, 9 fevral, AZƏRTAC
Səbail rayonunda yerləşən məntəqələrdə seçici fəallığı müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, 29 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində səsvermənin gedişini xarici müşahidəçilər də izləyirlər.
MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Dmitri Kobitski və digər müşahidəçilər bildiriblər ki, Azərbaycanda aparılan islahatların parlamentdə də davam etdirilməsi demokratik addımdır. Onlar parlament seçkilərinin şəffaflıq şəraitində keçirildiyini bildiriblər. Həmçinin seçkiöncəsi təbliğat-təşviqat prosesinin də yüksək fəallıqla aparıldığını qeyd ediblər.
Müşahidəçilər vurğulayıblar ki, seçici fəallığı və yüksək seçki kampaniyası bir daha göstərir ki, Azərbaycanda mövcud olan və daha da inkişaf etdirilən seçki institutu ən yüksək şəkildə formalaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]