MDB-nin mənzil-qərargahında ümumi əmək bazarının yaradılması müzakirə ediləcək
Minsk, 8 may, AZƏRTAC
Mayın 13-14-də Belarusun paytaxtında MDB İcraiyyə Komitəsinin Birliyə üzv ölkələrin ümumi əmək bazarının mərhələlər üzrə formalaşması və işçi qüvvəsi miqrasiyasının tənzimlənməsinə, habelə müvafiq məsələlər üzrə 2015-2018-ci illər üçün prioritet tədbirlərə dair konsepsiyalar layihələrinin razılaşdırılması məqsədilə ekspert qrupunun iclası keçiriləcək.
Birliyin Minskdəki mənzil-qərargahından AZƏRTAC-a bildirilib ki, sənəd layihəsi MDB-nin 2020-ci ilədək iqtisadi inkişaf strategiyasının beynəlxalq normativ-hüquqi aktlar bazasında reallaşdırılması məqsədilə hazırlanıb.
Ümumi əmək bazarı işçilərin maraqlarını maksimum nəzərə alaraq hüquqi, iqtisadi, sosial şərtlər və mexanizmlər təklif edir. Belə bazarın yaradılması MDB ölkələrinin iqtisadi inkişafının mühüm faktoru olacaq və qarşılıqlı faydalı əsasda Birlik məkanında inteqrasiya proseslərinə kömək edəcək.
Ümumi əmək bazarının formalaşması və işçi qüvvəsi miqrasiyasının tənzimlənməsi üzrə prioritet tədbirlər layihəsi dörd bölmədən ibarətdir. Bu bölmələrdə müvafiq prosesin hüquqi, metodiki, informasiya və təşkilati cəhətdən təmin edilməsi məsələləri yer alıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]