MDB ÖLKƏLƏRİNƏ 755.951 MİN DOLLAR DƏYƏRİNDƏ MƏHSUL İXRAC EDİLMİŞDİR
Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin on ayı ərzində respublikamızın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 755 milyon 951 min ABŞ dolları dəyərində məhsul ixrac etmişlər. MDB ölkələrindən isə həmin müddətdə Azərbaycana 1 milyard 183 milyon 819,7 min dollarlıq məhsul gətirilmişdir.
Azərbaycandan, əsasən, qeyri-üzvi kimya, neft və neft məhsulları, heyvan və bitki mənşəli yağlar, meyvə ixrac edilmiş, respublikamıza isə mineral yanacaq, nəqliyyat vasitələri, dənli bitkilər, avadanlıq və cihazlar gətirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:43]
ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb
- 07.10.2026 [13:15]
Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib
- 07.10.2026 [12:26]