MDB ölkələrinin Hidrometeorologiya üzrə Dövlətlərarası Şurasının növbəti 26-cı sessiyası keçiriləcək
AZƏRTAC xəbər verir ki, sessiyada hidrometeorologiyanın müasir problemləri, bu sahədə MDB ölkələri arasında qarşılıqlı əməkdaşlıq, müşahidə və məlumat mübadilə sistemlərinin təkmilləşdirilməsi, MDB ölkələrinin hidrometeorologiya qurumlarının 2011-2015-ci illərdə hidrometeoroloji fəaliyyət planının yerinə yetirilməsinin əsas istiqamətlərinə dair hesabatın və başqa məsələlərin geniş müzakirəsi olacaqdır.
Sessiyadan əvvəl sentyabrın 10-11-də “Qlobal iqlim dəyişmələrinin buzlaqların vəziyyətinə və su ehtiyatına təsiri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcəkdir.
Azərbaycanı hər iki tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun direktoru, professor Rza Mahmudov təmsil edəcəkdir.
Elmi konfransda və sessiyanın işində Ümumdünya Meteorologiya Təşkilatının baş katibi Mişel Jarro da iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]