MDB ÖLKƏLƏRİNİN TAEKVONDO ÜZRƏ BİRİNCİ AÇIQ ÇEMPİONATI BAŞA ÇATDI
Yanvarın 26-da Bakı İdman Sarayında Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin taekvondo üzrə birinci açıq çempionatı başa çatmışdır.
Yarışda Azərbaycan, Rusiya, Gürcüstan, Qazaxıstan, Belarus, Ukrayna və Moldovadan, habelə Türkiyə, Estoniya, Latviya, Litva, Yunanıstan, İsrail və Keniyadan 150-dək idmançı mübarizə aparmışdır. Ölkəmiz 12 idmançı ilə təmsil olunmuşdu.
Çempionatın ikinci günü 80 kiloqramdan yuxarı çəki dərəcəsində final görüşündə türk idmançısı Əli Özan və latviyalı Ruslan Libatov qarşılaşmışlar. Türk taekvondoçusu rəqibini məğlubiyyətə uğradaraq, qızıl medalı qazanmışdır.
58 kiloqram çəki dərəcəsinin finalında həmyerlilərimiz Elnur Amanov və Zahid Məmmədov görüşmüşlər. Mübarizə Zahid Məmmədovun xeyrinə qurtarmışdır.
Qadınların yarışında 58 kiloqram çəki dərəcəsinin finalında yunanıstanlı Kuvaki Keriyaki Belarus idmançısı Mariya Juravskayaya qalib gəlmişdir.
67 kiloqram çəki dərəcəsində qızıl medal uğrunda həmyerlimiz Aliyə Əbdülqədirova belaruslu Yuliya Şukavitskaya ilə döyüşmüşdür. Gərgin mübarizə Şukavitskayanın qələbəsi ilə başa çatmışdır.
Beləliklə, taekvondoçularımız dörd qızıl, dörd gümüş və üç bürünc medal qazanaraq, komanda hesabında birinci yer tutmuşlar. İkinci yerə Belarus, üçüncü yerə Türkiyə idmançıları çıxmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]