MDU-nun tələbələri üçün universitet-sənaye əməkdaşlığı nümunəsi: "Azərbaycan İES"də açıq dərs
Mingəçevir, 29 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti (MDU) ilə “Azərbaycan İES” MMC arasında mövcud əməkdaşlıq çərçivəsində tədrisin praktiki yöndə inkişaf etdirilməsinə uyğun olaraq Energetika mühəndisliyi, eləcə də Elektrik və elektronika mühəndisliyi ixtisaslarının bir sıra praktik yönümlü fənləri stansiyanın Tədris Mərkəzində keçirilir.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, buna uyğun olaraq noyabrın 28 tarixində Enm24 və Eem22 qruplarına açıq dərs stansiyanın Tədris Mərkəzində təşkil edilib. Dərsləri MDU-nun Energetika kafedrasının müəllimi və stansiyanın əməkdaşı Qədir Məmmədli tədris edib. O, tələbələrə nəzəri biliklərin real istehsalat mühitində tətbiqi ilə bağlı əyani nümunələr təqdim edərək, onların ixtisas hazırlığının möhkəmləndirilməsinə xüsusi diqqət göstərib.
Sənaye mühitində keçirilən dərsdə stansiyanın əməkdaşları və MDU-nun akademik heyəti də iştirak ediblər. Tələbələrin hazırladıqları təqdimatlar maraqla qarşılanıb. Onların istehsalat prosesi, energetik avadanlıqların işləmə prinsipləri və real əməliyyat şəraiti haqqında biliklərinin artdığı qeyd olunub.
Mingəçevir Dövlət Universiteti və “Azərbaycan İES” MMC arasında yaradılmış bu əməkdaşlıq tələbələrin praktik bacarıqlarının inkişafına, həmçinin universitet–sənaye əlaqələrinin daha da gücləndirilməsinə mühüm töhfə verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]