MEA-NIN GEOLOGİYA İNSTİTUTUNDA 170 UŞAQLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 29-da MEA-nın Geologiya İnstitutunda (Gİ) uşaq yaradıcılığına ənənəvi baxış keçirilmişdir. Tədbirdə 3 yaşından 13 yaşına qədər olan 170 uşağın əl işləri – rəsmlər, oyuncaqlar, bəzək əşyaları, tikmələr və s. nümayiş olunmuşdur. Uşaqların hamısına müxtəlif hədiyyələr – yumşaq oyuncaqlar, stolüstü saatlar, dərs ləvazimatı, o cümlədən qlobuslar verilmişdir.
Qeyd edək ki, institut bu cür tədbiri ildə bir dəfə olmaqla, 30 ildir ki, keçirir. Məşhur akademiklərin nəvələrindən tutmuş, Gİ-nin indiki əməkdaşlarına qədər insanlar uşaq ikən institutun belə tədbirlərində iştirak ediblər. Tədbirlərin keçirilməsindən məqsəd azyaşlıları əyləndirmək, sevindirmək, istedadlarının inkişafına kömək etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:18]
Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur
- 02.10.2026 [17:59]
“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan
- 02.10.2026 [17:25]