MƏCBURİ KÖÇKÜNLƏR YENİ QƏSƏBƏYƏ KÖÇÜRÜLƏCƏKLƏR
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlər Saatlı rayonu ərazisində Araz çayının sol sahilindəki 32 hektar sahədə yeni qəsəbə salınmışdır. Tikinti işlərini “Cenay – inşaat, sənaye və ticarət LTD” şirkəti görmüşdür. Burada 100 ev, məktəb, tibb məntəqəsi, digər infrastruktur obyektləri tikilmişdir.
Dövlət Qaçqınkomun nümayəndəsi AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, rayonun məktəbləri, uşaq bağçaları və mədəniyyət evlərində məskunlaşmış 540 nəfər soydaşımız yeni ilədək qəsəbəyə köçürüləcəkdir.