MƏCBURİ KÖÇKÜNLƏRƏ PLASTİK KARTLAR PAYLANIR
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, məcburi köçkünlərə verilən aylıq çörək pulu müavinətini bankomatlarla almaq üçün plastik kartların paylanması davam edir. İndiyədək Bakıda yaşayan 40 min 915 məcburi köçkün ailəsinin 1800-nə kartlar paylanmışdır. Müavinətlərin bu üsulla rahat və vaxtında ödənişi həm də bir sıra mənfi halların qarşısını aldığına görə razılıqla qarşılanır.