MƏDƏNİYYƏT EVİ ƏSASLI TƏMİRDƏN SONRA YENİDƏN İSTİFADƏYƏ VERİLMİŞDİR
Goranboydakı mərkəzi mədəniyyət evi əsaslı təmirdən sonra rayon sakinlərinin istifadəsinə verilmişdir. İşıqlandırma sisteminin tamamilə dəyişdirilməsi, yeni oturacaqların quraşdırılması, səhnənin müasir standartlara uyğun qurulması, məşğələ otaqlarının yeni avadanlıqla təchiz edilməsi əvvəllər burada hər hansı bir tədbirin keçirilməsində yaranan problemləri demək olar ki, tamamilə aradan qaldırmışdır.
Rayon mədəniyyət şöbəsinin müdiri Kəniş Əliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, hazırda rayonun bir neçə kənd mədəniyyət evində də təmir işləri aparılır. Daxili imkanlar hesabına görülən bütün işlərdə kənd sakinləri yaxından iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:18]
Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur
- 02.10.2026 [17:59]
“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan
- 02.10.2026 [17:25]