Mədəniyyət naziri Lerikdə vətəndaşların müraciətini dinləyəcək
Bakı, 30 iyun, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli iyulun 11-də, saat 10:00-da Lerik rayon Mədəniyyət Mərkəzində (ünvan: Lerik şəhəri, Arzuman Əsədullayev küçəsi, 22 ) Lənkəran şəhəri, Lerik, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşların müraciətini dinləyəcək.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar iyulun 7-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:06]
Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO
- 05.06.2026 [11:37]
“Vətənimdir Azərbaycan!” layihəsinin ilk tədbiri təşkil olunub
- 05.06.2026 [11:23]
Gənc rəssamın növbəti uğuru
- 05.06.2026 [10:57]