Mədəniyyət Nazirliyinin tabeliyində olan bütün təhsil müəssisələrində tibbi-profilaktik tədbirlər görülür
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamının icrası ilə bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Koronavirus (COVID - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə nazirliyin tabeliyində olan bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, regional mədəniyyət idarələri və təhsil müəssisələrinin rəhbərlərinə yoluxma hallarının qarşısının alınması məqsədilə tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin görülməsi tapşırılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, regional mədəniyyət idarələri üzrə şəhər və rayonlarda uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülməkdədir. Prosesin martın 9-dək tam yekunlaşması nəzərdə tutulub.