Mədəniyyət və İncəsənət Universiteti AKEV Universiteti ilə əməkdaşlıq edəcək
Bakı, 28 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və Antalya AKEV Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Bildirilib ki, müqavilənin məqsədi iki ali məktəb arasında təcrübə mübadiləsini və təhsil sahəsində əlaqələri genişləndirməkdir. Müqaviləni ADMİU-nun rektoru, professor Ceyran Mahmudova və Antalya AKEV Universitetinin rektoru Kamile Akgül imzalayıb.
Müqavilədə birgə tədqiqat layihələrində iştirak və onların nəticələrini dərc etmək, seminar, konfrans, müsabiqə və tələbələrin sərgilərinin, həmçinin gənc müəllimlərin təliminin təşkili, rəsm sənəti ilə bağlı mühazirələrin keçirilməsi üçün aparıcı professorların dəvət olunması, magistratura və doktorantura proqramları üzrə əməkdaşlıq və digər məsələlər nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:53]
İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur
- 15.10.2026 [11:16]
Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium
- 15.10.2026 [10:59]
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib
- 15.10.2026 [10:59]
AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub
- 15.10.2026 [10:47]
ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib
- 15.10.2026 [10:32]
AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir
- 14.10.2026 [19:41]