MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİNDƏ GÖRÜŞ OLMUŞDUR
Nazir Əbülfəz Qarayev qonaqları salamlayaraq, ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində və genişləndirilməsində Rusiya Federasiyasında Azərbaycan İlinin, Azərbaycanda isə Rusiya Federasiyası İlinin keçirilməsinin əhəmiyyətini vurğulamışdır. Ötən il Rusiyada, o cümlədən Sankt-Peterburqda Azərbaycan İlinin uğurla keçirildiyini söyləyən nazir, ölkəmizdə də Rusiya İlinin əlaqələrimizin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini bildirmişdir.
Viktor Lobko demişdir ki, Azərbaycanda Rusiya İli çərçivəsində Sankt-Peterburq da mədəniyyət işçiləri və işgüzar adamları, turizm şirkətləri ilə geniş təmsil olunacaqdır. Balet ustalarımız bakılılar qarşısında çıxış edəcəklər.
Tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Sankt-Peterburq Mədəniyyət Komitəsi arasında əməkdaşlıq Protokolu imzalanmış, hədiyyələr təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:21]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [17:55]
Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir
- 09.10.2026 [14:36]
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
- 09.10.2026 [12:44]