Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mədəniyyətlərarası dialoq müasir dünyanın ən zəruri çağırışlarından biridir

Bakı, 24 noyabr (AZƏRTAC). Son illərdə dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Ötən il aprelin 7-dən 9-dək Azərbaycanın ev sahibliyi ilə keçirilmiş daha bir beynəlxalq tədbir - Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin bu sahədə səylərinin nəinki Şərqlə Qərbin, bütövlükdə dünya xalqları arasında mədəni və dini əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr verdiyini bir daha əyani surətdə göstərdi. Bu, son dərəcə mötəbər beynəlxalq məclisin başa çatmasından təqribən ay yarım sonra, daha dəqiq desək, 2011-ci il mayın 27-də Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə” Fərmanla ölkəmizdə yeni bir ənənənin əsası qoyulmuş oldu.

Fərmanda deyilir ki, cari il aprelin 7-9-da Azərbaycanda 102 dövlətin və 10-dan artıq beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Mədəniyyətlərarası dialoqun müxtəliflik və plüralizmlə səciyyələnən müasir cəmiyyətlərdə ayrı-ayrı aspektlərinin nəzərdən keçirilməsi və yerli, regional və qlobal səviyyələrdə gücləndirilməsinə təşviq edilməsi Forumun əsas məqsədi olmuşdur.

Sənədə əsasən, 2011-ci ildən başlayaraq hər iki ildən bir təşkil ediləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun məqsədi ölkəmizin islam dünyası ilə Qərb sivilizasiyası və eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rolu nəzərə alınmaqla, müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanı təsis etmək və Azərbaycan xalqının tolerant mədəniyyətini, tarixi ənənələrini beynəlxalq aləmə tanıtmaqdır.

Forumun təşkilində əlaqələndirici orqan Mədəniyyət və Turizm Nazirliyi müəyyən edilmişdir.

Beləliklə, Azərbaycan Prezidentinin müvafiq Fərmanına uyğun olaraq ölkəmizdə növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2013-cü ildə keçirilməlidir.

AZƏRTAC-ın müxbirinin ölkəmizdə keçirilməsi nəzərdə tutulan növbəti Foruma hazırlıqla bağlı görülmüş işlər, bu möhtəşəm beynəlxalq məclisdə əhatə olunacaq mövzu və tədbirlərlə bağlı suallarını Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə cavablandırır.

- Vasif müəllim, məlum olduğu kimi, 2013-cü ildə Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkdir. Nəyə görə bu Forum məhz Azərbaycanda keçirilir?

- Əvvəlcə mədəniyyətlərarası dialoq mövzusuna xüsusi diqqət ayırdığınıza görə sizə təşəkkürümü bildirmək istərdim. Bilirsiniz ki, XXI əsrin başlanğıcından etibarən bəşəriyyət qlobal mədəni böhranla üz-üzədir. Bu böhran dünya dövlətləri və xalqları arasında yeni münasibətlər sisteminin formalaşdırılmasını zəruri edir. Bu mənada mədəniyyətlərarası dialoq müasir dünyanın ən zəruri çağırışlarından biridir.

Bildiyiniz kimi, mədəniyyətlərarası dialoq məsələsi Azərbaycan dövlətinin başçısı İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva səviyyəsində dəstəklənən bir mövzudur. Yəni bu mövzunun arxasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci ilin dekabr ayında Bakıda keçirilmiş Avropa və ona qonşu regionların mədəniyyət nazirləri konfransında bilavasitə irəli sürdüyü “Bakı prosesi” durur. 2009-cu ildə bu ənənə Bakıda keçirilən islam ölkələri mədəniyyət nazirlərinin konfransında davam etdirildi. Bu proses ilk illərində Avropa və islam dünyasının münasibətlərində dialoq mədəniyyətinin təşviqini nəzərdə tuturdusa, 2011-ci il aprelin 7-dən 9-dək Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda təşkil edilmiş Birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə artıq qlobal bir hərəkata çevrildi.

Təsadüfi deyildir ki, tolerantlığın, sülh şəraitində birgə mövcud olmanın, qarşılıqlı hörmətin və bütün mədəniyyətlər arasındakı anlayışın müxtəlif aspektlərinə həsr olunan qlobal səviyyəli beynəlxalq görüşün təşkili təşəbbüsü 2010-cu il sentyabrın 23-də BMT Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmiş və bu təşəbbüs aparıcı beynəlxalq təşkilatlar tərəfindən dəstəklənmişdir.

Ən maraqlı məqam ondan ibarətdir ki, dünyanın qlobal iqtisadi böhranla üz-üzə olduğu bir dövrdə Azərbaycan dövləti və xüsusilə ali siyasi hakimiyyəti beynəlxalq miqyasda müxtəlif sivilizasiyalar arasında dialoq və anlaşmanın təşviqinə töhfə verməkdə davam edir. Bu addım xalqımızın tolerant mədəniyyətinin nümayişi ilə yanaşı, eyni zamanda, ölkəmizin dünyanın ağrılı və həssas məsələlərinə nəinki biganə qalmadığın, əksinə, bu problemin həlli üçün bütün imkanlarından istifadə etmək niyyətini dünyaya göstərir. Bir sözlə, Avropanın aparıcı ölkələri multikulturalizm əleyhinə bəyanatlar verdiyi bir dövrdə ölkəmiz ümumbəşəri dəyərlərə öz sadiqliyini nümayiş etdirərək ən yüksək səviyyədə dünyanın mədəni çeşidliliyə hörməti təşviq etməkdə davam edir.

Bu məsələdə Azərbaycanın geosiyasi və geomədəni vəziyyəti ilə dövlətin siyasəti və xalqımızın tarixi dəyərləri arasında bir harmoniya mövcuddur. Bu xalqımızın mənəvi sərvətidir.

Sualınızın tam cavabını vermək üçün dünyada gedən proseslərə diqqət yetirmək lazımdır. Müasir dünya əvvəlkilərdən fərqli olaraq mədəniyyətlərarası böhran vəziyyətindədir. Yəni bir tərəfdən bəşəriyyət XXI əsrin informasiya resursları ilə bir-birini daha yaxından tanımaq imkanı əldə etmişdirsə, digər tərəfdən qarşılıqlı nifrəti əks etdirən münasibətləri bir an içində dünya miqyasında ifadə etmək meylləri güclənmişdir. Belə bir paradoksal şəraitdə istənilən vəziyyətin ani dəyişmə riski böyükdür. Ona görə də mədəniyyətlərin anlaşması nəzəriyyəsi ilə yanaşı, praktiki təsir vasitələrinə malik olan tədbirlərin və layihələrin həyata keçirilməsi olduqca vacibdir.

Azərbaycan həm Avropa ailəsinə, həm də islam ailəsinə mənsub olan, Qərbin Şərq nöqtəsində, Şərqin Qərb nöqtəsində yerləşən nadir tarixi-mədəni-dini mərhələləri keçmiş bir ölkə kimi belə bir dünya forumuna ev sahibliyi etməyə, mədəniyyətlərarası dialoq missiyasını həyata keçirməyə mənəvi haqqı olan bəlkə də yeganə dövlətdir.

- Qeyd etdiyiniz məsələlər İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun gündəliyində yer alacaqmı?

- Təbii ki, bu məsələlər də müzakirə ediləcəkdir. Lakin eyni zamanda, onu da qeyd etməliyəm ki, budəfəki Forum əvvəlkindən bir qədər fərqli olacaqdır. Yəni Forum 2013-cü il mayın 29-dan iyunun 1-dək keçirilməsi nəzərdə tutulan Foruma qədər bu mötəbər beynəlxalq mədəniyyət məclisinin tərəfdaşları olan BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO və Avropa Şurasının Şimal-Cənub Mərkəzi tərəfindən müəyyən təşviqat işləri aparılacaqdır. Başqa sözlə, mədəniyyətlərarası hərəkat kimi son altı ayda həyata keçiriləcək bütün layihə və tədbirlərin nəticələri Bakı Forumunda müzakirə olunacaqdır. Onu da qeyd edim ki, bu Forum dünyada yeganə qlobal platforma formatıdır ki, Azərbaycanın timsalında bir dövlətin təşəbbüsünün ətrafına bu mövzuda biri-biri ilə rəqabət aparan beynəlxalq təşkilatlar toplanıb və onların, həmçinin Azərbaycan nümayəndələrinin iştirakı ilə Forumun beynəlxalq İşçi qrupu mövcuddur.

- İkinci Bakı Forumunda konkret olaraq hansı məsələlərin müzakirə edilməsi nəzərdə tutulur?

- Forum “Dünyanın gələcəyini necə quraq?” şüarı altında keçiriləcək və ali qonaqların iştirakı ilə ilk plenar sessiya bu mövzuda aparılacaqdır. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “5-A” Qitələrarası Əməkdaşlıq Platforması çərçivəsində (Azərbaycan dilində bütün qitələrin adları “A” hərfi ilə başladığı üçün simvolik olaraq bu platforma 5 A -adlanır) sessiyanın keçirilməsi nəzərdə tutulur. Forum çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Birinci Şərq-Qərb Nazirlər Konfransı keçiriləcəkdir. Bu, faktiki olaraq yeni bir nazirlər konfransının təsisi deməkdir.

Hazırda Forumun proqramı üzərində iş gedir. Beynəlxalq İşçi Qrupunun iclasında gündəlik tam razılaşdırıldıqdan sonra mətbuata bu barədə məlumat verə biləcəyik. Hər bir halda UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin təşkilatçılığı ilə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Artıq Forumun Euronews telekanalında nümayiş etdirilməsi ilə bağlı razılıq əldə olunmuşdur.

- Vasif müəllim, qarşıdakı beynəlxalq tədbirlə bağlı daha nələri demək istərdiniz?

- İnanırıq ki, bu tədbir Azərbaycan xalqına, Azərbaycan dövlətinə başucalığı gətirəcəkdir. Bu tədbirin Azərbaycanda keçirilməsi və ölkəmizin mədəniyyətlərarası dialoq brendinə sahib olması ilə torpaqlarımızın 20 faizini işğal etməklə dünyada özünəməxsus işğalçı obrazı yaradan Ermənistanı bu prosesdən bir daha təcrid etmiş olacağıq. Bununla yanaşı, Azərbaycan həqiqətlərini bir daha dünyaya bu kontekstdə təqdim etməklə beynəlxalq ictimaiyyəti hadisələrə konstruktiv yanaşmaya dəvət edəcək və ən əsası Azərbaycan dövlətinin etdiyi kimi dünya dövlətlərinin ali siyasi hakimiyyətlərini sivilizasiyalararası dialoq və anlaşmaya dəstək verməyə dəvət edəcəyik.

- Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Müsahibəni apardı:

Əhməd Məmmədov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin Azərbaycandakı səfiri: 2008-ci ildən etibarən Azərbaycandan 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO