Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mədəniyyətlərarası dialoqun təşkilində Azərbaycan nümunəsi

Bakı, 30 noyabr (AZƏRTAC). Bəşər tarixinə nəzər salsaq görərik ki, dialoq ibtidai icma quruluşundan başlayaraq insanların həyatına bu və ya digər dərəcədə nüfuz etmişdir. Cəmiyyətdə qarşılıqlı anlaşmanın və ya əksinə, ziddiyyətlərin yaranmasında dialoqdan lazımınca istifadə edilib-edilməməyi onun sonrakı inkişafına mühüm təsir göstərmişdir. Çox uzağa getməyək. Tək bir insanın hiss və duyğularını başqaları ilə bölüşmək imkanı onun fiziki və əqli sağlamlığının mühüm amillərindən biridir. Deməli, iqlimi, coğrafi ərazisi rəngarəng olan Yer planetinin ayrı-ayrı ərazilərində məskunlaşmış xalqların ünsiyyəti qarşılıqlı anlaşmanı, əmin-amanlığı və bütövlükdə cəmiyyətin mövcudluğunu şərtləndirir. Təsadüfi deyildir ki, qədim yunan filosofları Sokrat, Aristotel, Platon və başqalarının mülahizələrində dialoq məkanında mənəvi mədəniyyət, fikir müxtəlifliyi, ümumbəşəri prinsiplərin tanınması və s. əsas götürülmüş və bu istiqamətdə fikirlər indiyədək yürüdülməkdədir.

Deməli, cəmiyyət həyatında vacib sayılan dialoq bu gün də qlobal mühitdə üstünlüyünü saxlamaqdadır. Biz bu gün elə bir dövrdə yaşayırıq ki, artıq millətlərin və xalqların həyat və yaşam fəlsəfəsini mədəniyyətlərin və geniş coğrafi ərazidə yaşayan xalqların birgəyaşama fəlsəfəsi əvəz edir. Belə meyllər bəzən qloballaşma, bəzən inteqrasiya adlandırılır, bəzən isə, ümumiyyətlə, bu tendensiyaların heç biri qəbul edilmir. Lakin necə adlandırılmasından asılı olmayaraq bizdən asılı olmayaraq bu, qaçılmaz prosesdir. Artıq elə bir vəziyyət yaranıb ki, dünyanın gələcəyi mədəniyyətlərarası münasibətlərdən asılıdır. Xalqlar bir-birinin varlığını qəbul etməli, bir-birinə hörmətlə yanaşmalı və müasir dünyanın birgəyaşayış prinsiplərinin məsuliyyətini anlamalıdırlar.

Belə bir situasiyada son illərdə dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Bu gün real coğrafi və geomədəni imkanlara malik olan Azərbaycan, həm Avropa Şurasına, həm də İSESCO-ya üzv olan yeganə dövlətdir. Azərbaycanın həm islam dövlətləri, həm də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətləri vardır. Bütün bunlarla yanaşı, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkədir.

Bu gün sabahından nigaran qaldığımız və təlatümlü dünyamızda baş verən ağlasığmaz prosesləri, xüsusilə sivilizasiyalar və mədəniyyətlər arasında heç də rəvan olmayan, əksinə, gündən-günə gərginləşib düşmənçilik həddinə çatan münasibətləri dərin həyəcan və narahatçılıqla izlədikcə kəskin problemin yoluna qoyulması üçün təkcə dahi rus yazıçısı Fyodor Dostoyevskinin təxminən 150 il bundan əvvəl dediyi və hər zaman aktual səslənən “dünyanı gözəllik xilas edəcəkdir” müdrik kəlamının kifayət etmədiyi qənaətinə gələnləri haqlı saymaya bilmirsən. Axı, belə götürəndə, dünyamız zahirən gündən-günə gözəlləşir, necə deyərlər, kosmosu su yoluna döndərən, sürətli internet vasitəsilə planetin bu başından o başına ölçüyəgəlməz məsafəni bir göz qırpımında fəth edən insanlar nədən öz aralarında dil tapmaqda bu dərəcədə çətinlik çəkirlər? Sual ritorik olduğu qədər də düşündürücüdür. Şübhəsiz, problem hazırda planetimizin mütərəqqi fikirli, Yer kürəsinin bu günü və sabahı üçün məsuliyyətini dərk edən insanları ciddi narahat etməyə bilməz.

Bu narahatlığı bölüşən insanlar belə qəti qərara gəlirlər ki, mədəniyyətlərarası dialoq yaşadığımız dünyada qlobal səviyyədə özünü daha qabarıq şəkildə büruzə verən ən təxirəsalınmaz vəzifələrdən biridir. Bunu son illərdə mövzu ilə bağlı Azərbaycan paytaxtında keçirilmiş rəngarəng tədbirlər və müvafiq təşkilatların müəyyən etdiyi iş həcmi də təsdiqləyir.

2008-ci il dekabrın 2-3-də Bakıda keçirilmiş Avropa və qonşu regionların mədəniyyət nazirlərinin konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqində irəli sürülən və müxtəlif mədəniyyətlər, sivilizasiyalar arasında mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesi” təşəbbüsünün məntiqi davamı olaraq 2011-ci ilin aprelin 7-9-da paytaxtımızda reallaşan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu narahatlıqdan qaynaqlanmışdır. Möhtəşəm tədbirin keçirilməsinə qədər isə qlobal dünyanın problemlərinin həllinə böyük enerji və coşqunluqla qatılan dövlətimizin başçısının dəqiq və düzgün siyasi addımları və məntiqi mülahizələri beynəlxalq mühitdə lazımınca dəstəklənmişdir. Təsadüfi deyildir ki, 2009-cu il oktyabrın 13-dən 15-dək Azərbaycanın uğurla ev sahibliyi etdiyi İslam ölkələri mədəniyyət nazirlərinin konfransı çərçivəsində “Mədəniyyətlərarası dialoq” mövzusunda keçirilmiş “dəyirmi masa”da “Bakı Prosesi -sivilizasiyalar arasında dialoqa yeni çağırış” adlı rəsmi sənəd qəbul edilmişdir. Həmçinin TÜRKSOY-un Daimi Şurasının 2009-cu il oktyabrın 16-17-də Bakıda keçirilmiş 26-cı toplantısında qəbul olunmuş sənədlərdə də Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü “Bakı Prosesi”nin davam etdirilməsinin vacibliyi əksini tapmışdır. Nəhayət, 2010-cu il mayın 20-də Bakıda UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiya”sının təqdimat mərasimində 2011-ci ilin aprelində “Bakı Prosesi”nin davamı olaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi bildirilmişdir.

Sonuncunun - Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilmə məkanının yekdilliklə Azərbaycan paytaxtının seçilməsi qərarı isə təkcə ölkəmizin geosiyasi əhəmiyyəti ilə deyil, həm də, yuxarıda qeyd etdiyimiz kimi, ölkəmizin müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant məkan, ən nəhayət, ilkin bəşər mədəniyyətinin təşəkkül tapdığı ərazilərdən biri olması ilə bağlıdır.

Zəngin tarixi keçmişi olan bu nadir coğrafi məkan həm də bəşər sivilizasiyasının beşiyi sayılan ərazilərdən biri kimi tanınır. Dünya tarixində “Azıxantrop” adı ilə yer almış ən qədim insan qalıqlarından birinin ölkəmizin ərazisindən tapılması faktı Azərbaycanın bəşər sivilizasiyasının məskənlərindən olmasını bir daha təsdiqləmişdir. Eyni zamanda, Azərbaycan bütün tarixi dövrlərdə dünya mədəniyyətinə, ədəbiyyatına və incəsənətinə layiqli töhfələr vermiş məkan kimi də məşhurdur.

Bu günümüzə gəldikdə isə demək olar ki, tarix boyu beynəlmiləlçiliyi və tolerantlığı ilə seçilən Azərbaycan müasir mərhələdə müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan statusunu daşıyır. Qürur hissi ilə deyə bilərik ki, Qoca Şərqin qapısı sayılan Azərbaycan bu gün sürətlə planetimizin mədəni həyatının mərkəzinə çevrilməkdədir. Belə bir qəti qənaətə gəlməyə tam əsas vardır. Ən azı ona görə ki, Azərbaycan Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə 2010-cu ilin aprelin 7-dən 9-dək Bakının “Gülüstan” sarayında keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESCO kimi nüfuzlu qurumların dəstəklədikləri təşəbbüs və dünyada bu istiqamətdə reallaşan ilk mötəbər tədbir olmuşdur. O aprel günlərində dünyanın beş qitəsindən müxtəlif sivilizasiyaların və mədəniyyətlərin Foruma qatılmış nümayəndələri Azərbaycanın özəlliklərindən, xalqımızın bəşər mədəniyyətinə verdiyi töhfələrdən söhbət açmışlar.

Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq istiqamətində keçirilmiş beynəlxalq tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin çox böyük əksəriyyəti artıq beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfdən gəlmişdir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycan mədəniyyətinin böyük hamisi Mehriban xanım Əliyevanın dəstəyi və bilavasitə təşkilatçılığı ilə ölkəmizdə reallaşdırılan nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri respublikamızı dünyanın mədəni həyatının mərkəzinə çevirmişdir.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna strateji nəticələr kontekstində yanaşsaq, Bakı Forumu artıq mədəniyyətlərarası məclis kimi dünya miqyaslı brend kimi səslənir. Davos Forumu iqtisadi məsələlərin müzakirəsi üçün brendə çevrildiyi kimi, Bakı Forumu da mədəniyyətlərarası dialoq, sülh, əməkdaşlıq, irqi və dini dözümsüzlük hallarının aradan qaldırılması və s. bu kimi məsələlərin müzakirəsi üçün qlobal brend statusu qazanmaqdadır. Bu uğurlar təsadüfi deyildir. Əgər bir təşəbbüsün arxasında ölkə rəhbərliyi səviyyəsində siyasi iradə və dəstək varsa, deməli, bu, Azərbaycan dövlətinin və onun Prezidentinin dünyada sülh və dialoqa olan sadiqliyini nümayiş etdirən siyasətin təzahürüdür.

Məlum olduğu kimi, Azərbaycanın belə bir möhtəşəm tədbirə uğurla ev sahibliyi etməsi və Forumun müvəffəqiyyətlə başa çatmasının məntiqi davamı olaraq Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə” 2011-ci il 27 may tarixli Fərman imzalanmış və beləliklə, ölkəmizdə yeni bir ənənənin əsası qoyulmuşdur. Sənədə əsasən, 2011-ci ildən başlayaraq hər iki ildən bir təşkil ediləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun məqsədi ölkəmizin İslam dünyası ilə Qərb sivilizasiyası və eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rolu nəzərə alınmaqla, müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanı təsis etmək və Azərbaycan xalqının tolerant mədəniyyətini, tarixi ənənələrini beynəlxalq aləmə tanıtmaqdır.

İkinci Bakı Forumu “Dünyanın gələcəyini necə quraq” devizi altında keçiriləcək və ali qonaqların iştirakı ilə ilk plenar sessiya bu mövzuda aparılacaqdır. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “5-A” Qitələrarası Əməkdaşlıq Platforması çərçivəsində (Azərbaycan dilində bütün qitələrin adları “A” hərfi ilə başladığı üçün simvolik olaraq bu platforma 5 A -adlanır) sessiyanın keçirilməsi nəzərdə tutulur.

Heç şübhə yoxdur ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi qlobal layihənin növbəti dəfə Azərbaycanda reallaşması, başqa sözlə, ölkəmizin mədəniyyətlərarası dialoq brendinə sahib olması ilə torpaqlarımızın 20 faizini işğal etməklə dünyada özünəməxsus işğalçı obrazı yaradan Ermənistanı bu dünyəvi humanitar prosesdən bir daha təcrid etmiş olacağıq. Bununla yanaşı, Azərbaycan həqiqətlərini bir daha dünyaya bu kontekstdə təqdim etməklə beynəlxalq ictimaiyyəti hadisələrə konstruktiv yanaşmaya və ən əsası Azərbaycan dövlətinin etdiyi kimi dünya dövlətlərinin ali siyasi hakimiyyətlərini sivilizasiyalararası dialoq və anlaşmaya dəstək verməyə dəvət edəcəyik.

Əhməd Məmmədov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin Azərbaycandakı səfiri: 2008-ci ildən etibarən Azərbaycandan 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO