Media: Fransa Çex Respublikasında AES tikintisinə mane olur
Bakı, 18 may, AZƏRTAC
Avropa Komissiyası rəsmi Praqadan Cənubi Koreyanın KHNP şirkəti ilə 2 nüvə reaktorunun tikilməsi ilə bağlı müqavilənin imzalanmasını dayandırmağı tələb edib.
AZƏRTAC CTK agentliyinə istinadla xəbər verir ki, Avropa İttifaqının Sənaye komissarı Stefan Sejurnenin imzaladığı məktubda bildirilir ki, Komissiya tender şərtlərini araşdırır.
Buna səbəb tenderdə məğlub olmuş Fransanın EDF şirkətinin iddiası olub. Praqa məhkəməsi EDF-in iddiasını təmin edərək müqavilənin imzalanmasını müvəqqəti dayandırıb.
Çexiyanın CEZ energetika şirkətinin rəhbəri Daniel Benes jurnalistlərə bildirib ki, “Fransa bu reaktorların tikintisinə hər vəchlə mane olmağa çalışır”.
Qeyd edək ki, Çexiya hökuməti 2024-cü ildə Cənubi Koreyanın KHNP şirkəti ilə 2 nüvə reaktorunun tikilməsi ilə bağlı razılığa gəlib.
Stefan Sejurne 2024-cü ildə Qabriel Attalın hökumətində Fransanın Avropa və xarici işlər naziri postunu tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:14]
Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır
- 01.10.2026 [16:44]
Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb
- 01.10.2026 [16:11]
Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub
- 01.10.2026 [15:44]
İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb
- 01.10.2026 [15:31]