Media: İsrail və Livan atəşkəs barədə razılığa gələ bilərlər
Bakı, 26 sentyabr, AZƏRTAC
ABŞ və müttəfiqlərinin İsrail və Livan sərhədində atəşkəs təklifi “yaxın saatlarda” qəbul oluna bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” qəzeti rəsmi şəxslərə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, İsrail və Livanın tezliklə atəşkəsə gətirib çıxara biləcək danışıqları dəstəklədiyinə dair əlamətlər var. Rəsmilərdən biri bildirib ki, diplomatlar hər iki ölkə ilə danışıqlar aparıb və onların hökumətləri “yaxın saatlarda” təklifi qəbul edə bilərlər. “Hizbullah”dan bunu rəsmən qəbul etməsi tələb olunmayacaq. Lakin əgər Livan hökuməti razılaşarsa, “Hizbullah” döyüşçülərinin 21 gün ərzində atəşkəsə əməl etməsini təmin etməlidir.
Bundan əvvəl ABŞ, Avropa İttifaqı və bəzi digər ölkələr birgə bəyanat yayaraq Livan-İsrail sərhədində 21 günlük atəşkəsə nail olmağa çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]