Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək
Bakı, 15 noyabr, AZƏRTAC
Gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək futbol üzrə UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar silsilə tədbirlərin təşkil olunması planlaşdırılır. Bunların sırasına media nümayəndələri üçün keçiriləcək “İntellektual kubok” da daxildir.
AZƏRTAC xəbər verir ki, turnirdə iştirak edəcək idman jurnalistləri və klubların media nümayəndələri Avropa Liqasının tarixi, keçirilmiş maraqlı qarşılaşmalar və tanınmış futbolçularla bağlı sualları düzgün cavablandırmağa çalışacaqlar. “İntellektual kubok”da 20 komandanın iştirakı nəzərdə tutulub.
Hər komandanın heyətində minimum 3, maksimum 5 oyunçu mübarizə apara bilər.
Eyni komandanın üzvləri müxtəlif mətbuat orqanlarını təmsil edə bilər.
Tədbirin sonunda bütün media nümayəndələrinə sertifikatlar təqdim olunacaq. Qalib komanda isə təşkilatçılar tərəfindən dəyərli hədiyyələr qazanacaq.
“İntellektual kubok” dekabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]