Media: Yenidən silahlanma Avropa İttifaqının iqtisadiyyatını məhv edə bilər
Bakı, 19 may, AZƏRTAC
Brüsselin genişmiqyaslı yenidən silahlanma planları Avropa İttifaqının iqtisadiyyatı üçün dağıdıcı ola bilər.
AZƏRTAC xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, Avropa dövlətləri hərbi xərclərini ilk növbədə dövlət borcunun artımı hesabına maliyyələşdirmək istəyirlər. Bununla yanaşı, bir çox ölkələrin borc yükü artıq yüksək səviyyə çatıb və onun daha da artması Avropa İttifaqı ölkələrinin iqtisadi sabitliyini zəiflədəcək. Eyni zamanda, müdafiə proqramlarının maliyyələşdirilməsi zərurəti, əsasən də sosial xərclərin azaldılmasına səbəb olub.
Xatırladaq ki, martın 4-də Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen 800 milyard avro həcmində yenidən silahlanma planını təklif edib. Plana əsasən, Avropa İttifaqına üzv ölkələr müdafiə üçün 150 milyard avroyadək borc almalıdır. Avropa Komissiyası həmin vəsaiti kapital bazarlarından borc götürərək silah almaq şərti ilə üzv dövlətlərə kredit şəklində vermək istəyir. Brüsselin planlarına görə, vəsaitin bir hissəsi Ukrayna üçün silah istehsalına yönələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]