“MƏHBUSLARIN HÜQUQ VƏ AZADLIQLARI” LAYİHƏSİ HƏYATA KEÇİRİLİR
Təşkilatdan AZƏRTAC-a bildirmişlər ki, bu layihə çərçivəsində “Ümidli Gələcək” təşkilatı Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) və Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin mütəxəssisləri ilə birgə dörd günlük təlim kurslarını təşkil etmişdir. Pilot layihənin əsas məqsədi QHT və dövlət qurumlarının insan hüquqlarının qorunması sahəsində əməkdaşlığını daha da artırmaq və seçilmiş təcridxanalar, cəzaçəkmə müəssisələri və korreksiya mərkəzində əsasən 14-40 yaş arası olan məhbuslarla hüquqi maarifləndirmə işi aparmaqdır.
Bundan əlavə, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) və Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin mütəxəssisləri ilə birgə layihə çərçivəsində mövzuları əhatə edəcək xüsusi təlim kitabı da hazırlanacaq və təlim iştirakçılarına, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) və bu sahədə çalışan digər təşkilat və qurumlara paylanacaqdır.