MƏHƏLLƏLƏRARASI MİNİ FUTBOL TURNİRİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 12-də “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin Qaradağ təlim-idman bazasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) Milli qəhrəman Cəmil Niftəliyevin xatirəsinə həsr etdiyi 1995-1996-cı il təvəllüdlü uşaqlar arasında məhəllələrarası mini futbol turnirinə yekun vurulmuşdur.
Tədbirdə BŞGİBİ-nin rəisi Raqif Abbasov, Milli qəhrəman Cəmil Niftəliyevin anası Sərməgül Niftəliyeva və başqaları çıxış edərək bildirmişlər ki, ölkəmizdə futbolun kütləviliyinin təmin olunması, gənc nəslin sağlam həyat tərzinə meylinin artırılması baxımından belə turnirlərin müxtəlif yaş qrupları üzrə və mütəmadi şəkildə keçirilməsi çox vacibdir.
Bildirilmişdir ki, yarışlarda yaxşı oyunu ilə seçilən futbolçular diqqət mərkəzində saxlanılacaq və onların bu sahədə uğur qazanmaları üçün hər cür şərait yaradılacaqdır.
AFFA-nın gənc hakimləri tərəfindən idarə edilən və dairəvi sistem üzrə iki yarımqrupda keçirilən turnirdə 11 komanda mübarizə aparmışdır.
Mini futbol turnirində qalib komandalara və yaxşı oyunu ilə fərqlənən oyunçulara mükafatlar, hədiyyələr təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [22:46]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]