MƏDƏNİYYƏT
Məhəmməd Füzulinin 530 illiyi münasibətilə videoçarx nümayiş olunub
Bakı, 27 may, AZƏRTAC
Yasamal rayon Milli Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Yubileylər silsiləsi” layihəsi çərçivəsində “Məhəmməd Füzuli 530” adlı videoçarx hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videoçarx Ümummilli Lider Heydər Əliyevin Füzuli haqqında söylədiyi sitatlarla başlayıb. Daha sonra Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı verilib.
Videoçarxda Azərbaycan ədəbiyyatında divan janrının ən tanınan siması Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında məlumatlar yer alıb. Həmçinin dahi mütəfəkkirin əsərlərinin siyahısı, onun xatirəsinin əbədiləşdirməsi haqqında məlumatlar təqdim edilib.
Kitabxananın informasiya-resurs şöbəsinin operatoru Günay Qululunun hazırladığı videoçarx Xalq artisti Şövkət Ələkbərovanın ifasında bəstəkar Cahangir Cahangirovun “Füzuli kantatası” ilə müşayiət olunur.
Materialla bu link vasitəsilə https://www.youtube.com/watch?v=3a9VqEn01PA tanış olmaq mümkündür.