MƏHƏMMƏD XATƏMİ ROMA PAPASI İLƏ GÖRÜŞƏCƏK
İlkin məlumatlara görə, XVI Benedikt ilə Məhəmməd Xatəminin görüşü oktyabrın 26-da, konfrans isə oktyabrın 27-də keçiriləcəkdir. İranın Romadakı diplomatik mənbələrinin verdiyi məlumata görə, keçmiş prezidentin Romada İranın nüvə proqramı məsələsini müzakirə etmək üçün İtaliya hökumətinin nümayəndələri ilə görüşüb-görüşməyəcəyi məlum deyildir.
Xatırladaq ki, İranın nüvə proqramı ətrafında yaranmış problemin həllində İtaliya son vaxtlar fəal iştirak edir.
Məhəmməd Xatəmi Roma Papasının sözləri müsəlmanlar arasında ciddi etiraz doğurduqdan sonra İslam dünyasının Vatikana səfər edən ilk nüfuzlu nümayəndəsi olacaqdır. Sentyabrın 25-də XVI Benedikt öz iqamətgahında İslam ölkələrinin Müqəddəs taxt-tacdakı səfirləri və İtaliya müsəlmanlarının nümayəndələri ilə görüşmüş, onları dialoqu davam etdirməyə çağırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]