Meksikada ağır yol qəzası nəticəsində 21 nəfər ölüb
Bakı, 15 may, AZƏRTAC
Meksikanın Puebla ştatında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 21 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, qəza zamanı xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Regionun daxili işlər naziri Samuel Aqiların sözlərinə görə, hadisə Kuaknopalan-Oaxaca avtomobil yolunun 31-ci kilometrliyində qeydə alınıb. Qəzaya yük maşını sürücüsünün ötmə əməliyyatı həyata keçirərkən qarşı zolağa çıxması səbəb olub. Nəticədə yük maşını əvvəlcə avtobusla, daha sonra isə mikroavtobusla toqquşub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]