Meksikada həbsxanaya hücum nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb
Bakı, 2 yanvar, AZƏRTAC
Meksikanın şimalındakı Çihuahua ştatının Syudad Xuarez şəhərindəki 3 saylı həbsxanaya silahlı hücum nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. Hücum edənlərin köməyi ilə 20-dən çox məhbus həbsxanadan qaçmağa nail olub.
AZƏRTAC xarici KİV-lərə istinadla bildirir ki, ölənlərdən 10-u gözətçi, 7-si isə məhbusdur. Həbsxananın daha 3 əməkdaşı və 10 məhkum yaralanıb”.
Qeyd edək ki, Meksika prokurorluq orqanları əvvəlcə 10 təhlükəsizlik işçisinin və 4 məhbusun öldüyü barədə məlumat yaymışdı.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. İndiyədək hücumu təşkil etməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]